“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Generalın yarım milyon manatlıq evi hərraca çıxarıldı - FOTO

Tarix 09.10.25, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) Antiterror Mərkəzinin rəisi, 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyevin müsadirə olunan mənzili hərrəca çıxarılıb.

Teleqrafın əldə etdiyi məlumata görə, sözügedən mənzil Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşir.

Yeni tikilmiş binada yerləşən mənzilin sahəsi 200 kv metrdir. Mənzilin ilkin satış qiyməti 517 min manat olsa da, 362 min manata endirilib.

Elçin Quliyevə bu mənzil 2005-ci ildə dövlət tərəfindən verilib. Həmin vaxt onun müavini olmuş polkovnik İlqar Əliyev də eyni binada mənzillə təmin olunub.

Qeyd edək ki, sabiq MTN generalı Elçin Quliyev 2015-ci ildə həbs edilib. Külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə ittiham olunan general 2017-ci ilin noyabrında 10 il 6 ay azadlıqdan məhrum edilib.

Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və "MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 1366




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap