Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Ceyhun Bayramov İspaniyanın dövlət katibi ilə görüşdü - Fotolar

Tarix 09.10.25, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionu qəbul edib. 

AzFakt.com xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, görüş zamanı, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələr müzakirə olunub.

C.Bayramov İspaniya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayında COP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranada keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb. 

Görüş zamanı tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşıl enerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriblər.

Nazir post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşünün nəticələri, habelə Azərbaycanın bölgədə davamlı inkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Eyni gündə həmçinin Azərbaycan ilə İspaniya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. 






Xəbərin oxunma sayı : 382




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap