Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Xankəndidə əməliyyat: Kürəkən, qayınata və qayın saxlanıldı

Tarix 09.10.25, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


DİN əməkdaşları qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon sakini, 1973-cü il təvəllüdlü Azər Qəhrəmanovun şəhər ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsindən odlu silah-sursat keçirməyə cəhd göstərməsi müəyyən olunub.

Buraxılış postunda təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsinə baxış keçirilən zaman "Mercedes” markalı avtomobildə sərnişin qismində olan A.Qəhrəmanovdan 1 ədəd "AK” markalı avtomat silah və 30 ədəd patron aşkarlanaraq götürülüb.

O, sursatı polis əməkdaşlarının diqqətindən yayındırmaq üçün hissələrə bölərək müxtəlif geyim dəstlərinin arasında gizlədib.

Araşdırmalar zamanı A.Qəhrəmanovun odlu silah-sursatı Xankəndidə yerləşən restoranların birində çalışan qayınatası, 1959-cu il təvəllüdlü Nazim Həsənov və qaynı, 1997-ci il təvəllüdlü Murad Həsənovdan əldə etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində davam etdirilən növbəti tədbirlərlə həmin şəxslərin işlədikləri restorandan əlavə 1 ədəd "AK” markalı avtomat silah, 2 ədəd "Makarov” markalı tapança və 30 ədəd patron aşkarlanaraq götürülüb.

N.Həsənov və M.Həsənov ifadələrində qanunsuz saxladıqları odlu silah-sursatı satış məqsədilə gizlətdiklərini bildiriblər.

Tədbirlərin davamı olaraq A.Qəhrəmanovun daha əvvəl M.Həsənovla birlikdə odlu silahı satdığı şəxs Zaur Rəsulov Qəbələ rayonunda müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı evdən və həyətyanı sahədə gizlətdiyi 1 ədəd atəşə yararlı "CZ” markalı tapança və 13 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, A.Qəhrəmanovun Bərdə şəhərində yerləşən evinə baxış zamanı 1 ədəd pnevmatik tapança da aşkarlanıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.






Xəbərin oxunma sayı : 454




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap