Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

General Nizami Şirinov azadlığa buraxıldı: Nədə ittiham olunurdu?

Tarix 11.10.25, 11:50

Font ölçüsü : - / +
bitmap-img6


"MTN işi" üzrə həbs olunmuş general Nizami Şirinov azadlığa buraxılıb.

AzFakt.com bu barədə musavat.com-a istinadən xəbər verir.

O, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. Nizami Şirinov digər MTN generalı Mövlam Şıxəliyevlə birlikdə 2021-ci ilin aprelində həbs olunmuşdu. O, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edib.

Onlar MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll ediblər. Məhkəmədə sübuta yetirilib ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərib, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verib.

Nizami Şirinov 8 il azadlıqdan məhrum edilib. O, məhkəmə övründə zərərçəkənlərə dəymiş ziyanı ödəyib, üzr istəyib. Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirib.

Qeyd edək ki, Mövlam Şıxəliyevin hələ 8 il cəza müddəti var və 9 saylı Cəzaçəkmə Müəssisəsindədir. İstintaq müəyyən edib ki, Mövlam Şıxəliyev və mütəşəkkil dəstəsi 14 milyon 292 min manat məbləğində rüşvət, 5 milyon 77 min manat isə hədə-qorxu ilə əldə edib. Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası kəsib. Onun rütbəsi, ordenləri, medalları əlindən alınıb. Prezident İlham Əliyev onun general-mayor ali hərbi rütbəsindən və "Vətənə xidmətə görə”, "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə” orden və medallarından məhrum edilməsi barədə sərəncam imzalayıb.



Xəbərin oxunma sayı : 451




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap