Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Gəncədə 33 yaşlı kişi 11 yaşlı xalası qızına təcavüz edib - TƏFƏRRÜAT

Tarix 15.10.25, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhərində 33 yaşlı kişi 11 yaşlı xalası qızına təcavüz edib.

AzFakt.com  Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Natəvan küçəsində baş verib.

Şəhər sakini, 1988-ci il təvəllüdlü Raqil Ağayev (ad və soyad şərtidir) xalası Turanədən borc alır. Bir müddətdən sonra o, xalasıgilə gələrək, onun 11 yaşlı qızına tamah salır.

Belə ki, Raqil 2010-cu il təvəllüdlü xalası qızını oyun oynamaq adı ilə aldadaraq öz evinə gətirir. O, qızı yataq otağına gətirib orada onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyir. Hadisə vaxtı Raqilin həyat yoldaşı Aytən evə gələrək qapını döyür. Raqil dərhal əynini geyinib, xalası qızına isə bu barədə heç kimə heç nə deməməyi tapşırıb, qapını açır. Azyaşlı qız dərhal evdən qaçıb öz evlərinə gedir.

Növbəti gün Raqil xalasının evdə olmadığını öyrənib onlara gedir. O, xalasının evinə gedəndə orada xalası qızının tək olmadığını, qızın qardaşı ilə oynadığını görür. O, xalası oğlunu aldadıb başqa yerə göndərir. Bundan sonra Raqil qızla cinsi əlaqədə olur.

Raqil onunla 2022-ci ildən 2024-cü ilə qədər mütəmadi olaraq cinsi əlaqədə olur. O, hər dəfə qızı hədələyir, bu barədə kiməsə məlumat verəcəyi halda onu öldürəcəyini bildirir. Qız da qorxudan bu barədə heç kimə məlumat vermir.

Bir müddətdən sonra qız ağrılar hiss edir və bunu Raqilin qardaşı arvadına deyir. O, mütəmadi olaraq Raqil tərəfindən cinsi əlaqəyə məcbur edildiyini bildirir.

Faktla bağlı polisə müraciət olunur və cinayət işi başlanılır.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Ağayev 12 il azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 742




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap