“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Azərbaycanda alternativ məhkəmə-tibbi ekspertizalar niyə yaradılmır? - VİDEO

Tarix 15.10.25, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Ölkədə hələ də alternativ məhkəmə-tibbi ekspertiza qurumları mövcud deyil...

Xezerxeber.az xəbər verir ki, Tibblə bağlı bütün ekspertiza işlərini Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi həyata keçirir. Yəni, əgər birliyin çıxardığı ekspertiza qərarı sizi qane etməsə, müraciət edəcəyiniz başqa bir ekspertiza mərkəzi yoxdur. Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış hüquqşünas Şamil Paşayev deyir ki, özəl ekspertiza qurumlarının yaradılması zəruridir.

Hüquqşünas deyir ki, xüsusilə həkimlərlə bağlı cinayət işlərində, onların cinayət məsuliyyətinə cəlb edilməsində, sağlamlığa vurulmuş zərərlə bağlı onlardan kompensasiya alınması ilə bağlı məhkəmə işlərində bu problem yenidən aktuallaşır.

Bəzən həkimlər də ekspertizadan narazı qalırlar. Çünki onlar da xəstələrə etdikləri tibbi müdaxilələrin peşəkar mütəxəssislər tərəfindən analiz edilmədiklərini düşünürlər.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Pərvanə Vəliyeva da bu sahədə rəqabət olmadığını deyir.

Onun sözlərinə görə, bununla bağlı qanunvericilikdə də dəyişikliklər olunmalıdır. Yalnız bu halda bu sahədə şəffaflıq tam təminə oluna bilər.




Xəbərin oxunma sayı : 1222




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap