Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Magistral yolda hərəkəti iflic edən təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO

Tarix 10.11.25, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunda aparılan təmir işləri kilometrlərlə tıxaca səbəb olub. Respublika əhəmiyyətli yolda hərəkəti iflic edib.

Xezerxeber.az-ın məlumatına görə, ötən gecə minlərlə sürücü magistral yolda yaranmış tıxaca görə saatlaarla yolda qalıblar.

Tıxacın yaranmasına səbəb isə ``Böyük İpək yolu"nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda aparılan təmir işləridir.

Sürücülər deyirlər ki, yolun Hacıqabul rayonu ərazisində təmir getdiyi üçün qarşı hərəkət zolağı həm gediş, həm də gəliş edilib. Bu da hərəkətin intensiv olduğu yolda tıxacı qaçılmaz edir. 

Bəs respublika əhəmiyyətli yolda təmir işləri hansı mərhələdədir?

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, sözügedən hissədə yol geyimində çökmələr yaranmış, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Əsaslı təmir işləri magistralın 15-117 km-lik hissəsini əhatə edir.

Təmir işləri ilə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 






Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap