“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Dabaq xəstəliyi qiymətləri qaldırdı: Ev quşları bahalaşdı

Tarix 11.11.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər kəskin artım müşahidə olunur. Xüsusən hind quşu və qazın qiymətində artım daha çox nəzərə çarpır. Satıcılar qiymət artımını 4-5 manat civarında göstərirlər.

AzFakt.com ATV-yə istinadən xəbər verir ki, hind quşunun qiymətində adətən yeni il ərəfəsində artım müşahidə olunur, lakin bu il qiymətlərin artımı artıq indi başlayıb. Rayonlarda son bir həftə ərzində hind quşunun bir kiloqramının qiyməti 4-5 manat artıb.

Satıcılar bildirirlər ki, iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması ev quşlarına tələbatı artırıb. Bu hal hind quşu ilə yanaşı qaz və ördəkdə də qiymətlərin yüksəlməsinə səbəb olub.

Məsələn, hind quşunun qiyməti əvvəl 14 manat idisə, hazırda 16-20 manat arasında dəyişir. Qazın kilosu 13-15 manat aralığında olsa da, bəzi bazarlarda 18 manatadək qalxıb. Ördəyin kilosu isə 14-16 manat civarındadır. Satıcılar qeyd edirlər ki, yeni il qabağı qiymət artımı qaçılmazdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Xəbərin oxunma sayı : 718




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap