“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Biləsuvarda Gömrüyündə nə baş verir: rəhbər dəyişikliyi, həbslər və cinayət işi... (FOTO)

Tarix 07.01.26, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirlərindən sonra qurumun rəhbərliyində dəyişiklik edilib.
 
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayaraq idarənin rəisini vəzifəsindən azad edib.

Belə ki, Unikal-ın yaydığı məlumata görə, Biləsuvar Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyev tutduğu vəzifədən çıxarılıb. 

Qeyd edək ki, qərar bir müddət əvvəl həmin idarədə aparılmış əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmalçılıq faktlarının aşkar edilməsindən sonra verilib.

Eyni zamanda Dövlət Gömrük Komitəsində digər kadr təyinatı da həyata keçirilib. Yenə Unikal-ın verdiyi xəbərə görə, komitə sədrinin əmri ilə Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə gömrük xidməti polkovniki Vüqar Sabir oğlu Həmidli gətirilib. 
 

Vüqar Həmidli

O, 2003-cü ildən gömrük orqanlarında fəaliyyət göstərir və indiyədək Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsində, eləcə də Beynəlxalq Əməkdaşlıq İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 

Biləsuvar Gömrük İdarəsində nə baş verib?

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Qaynarinfo-nun verdiyi məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırmalar zamanı idarənin Rəsmiləşdirmə Mərkəzinin bir qrup əməkdaşının qaçaqmalçılıq və rüşvət alma faktlarında iştirakına əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, gömrük əməkdaşları və digər şəxslər cinayət əlaqəsinə girərək külli miqdarda rüşvət müqabilində tərkibində psixotrop və güclü təsir edən maddələr olan dərman vasitələrinin, həmçinin aksiz markası ilə markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar ölkə ərazisinə keçirilməsinə şərait yaradıblar. Qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilən malların ümumi dəyərinin təxminən 410 min manat olduğu qeyd olunur.

Toplanmış sübutlar əsasında bir neçə nəfər barəsində Cinayət Məcəlləsinin ağır maddələri ilə ittiham irəli sürülüb. 
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap