“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yol kənarında “hinduşka“ adı ilə şişirdilmiş toyuq satılır - FOTO

Tarix 03.02.26, 19:44

Font ölçüsü : - / +
bitmap-img6


Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz" adı ilə təqdim edirlər...

AzFakt.com xəbər verir ki, tanınmış naşir Şahbaz Xuduoğlu başına gələn hadisə ilə bağlı özü məlumat verib.

Onun sözlərinə görə, yol kənarında Biləsuvar körpüsünü keçdikdən sonra Salyan istiqamətində yolun kənarında "hinduşka" və "qaz" adı ilə quşlar satılır.

Bildirib ki, alış zamanı quşların görünüşündə müəyyən şübhələri yaransa da, "aldatmazlar" düşüncəsi ilə məhsulları götürüb:

"Evdə məlum oldu ki, qaz və hinduşka adı ilə təqdim olunanlar sadəcə şişirdilmiş toyuqlardır. Yəni mən aldandım. Heç olmasa siz aldanmayın".

Məsələ ilə bağlı paylaşım edildikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmaya başlayıb. Agentlik əməkdaşları hadisə yerində baxış keçirib və təqdim olunan faktın doğru olduğunu təsdiqləyib.

Şahbaz Xuduoğlu, bir daha vətəndaşlara, xüsusilə də sürücülərə xəbərdarlıq edib ki, yol kənarlarında satılan quşlara qarşı diqqətli olsunlar:

"Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağınız məsləhət deyil. Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrusu, heç zaman inana bilməzdim ki, insanlarımız zəhərli qida satmaq həddində ola bilərlər. Qida Təhlükəsizlik Agentliyi yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərdim".




Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap