“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ömürlük həbsdən azad edilən - Şəmsi niyə gündəmdən düşmür?

Tarix 05.02.26, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin oğlu ilə birlikdə Gürcüstanda həbs edilməsi onu yenidən gündəmə gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə oğurluqda ittiham edilən keçmiş ömürlük məhbusun ailəsi də onun qonşu ölkədə tutulmasını təsdiq edib. Maraqlıdır ki, 2022-ci ildə Prezidentin sərəncamı ilə əfv edilən 1964-cü il təvəllüdlü Şəmsi Səmədzadə azadlıqda olduğu 3 ildən artıq müddətdə artıq 2-ci dəfədir ki, xarici ölkədə cinayətdə şübhəli bilinir. Belə ki, 2024-cü ilin dekabrında onun Özbəkistanda dələduzluq əməlinə görə tutulması barədə də məlumatlar yayılmışdı.

Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, həbs edilərək ömürlük cəzaya məhkum edilib. Cəmiyyətdə o qədər də tanınmayan bu şəxsi təxminən 10 il əvvəl ilk olaraq jurnalist Mübariz Əsgərov üzə çıxardı. Onun müəllifi olduğu “Rezonans” verilişinin bir buraxılışı Şəmsi Səmədzadəyə həsr edilmişdi və cəmiyyətdə böyük marağa səbəb olmuşdu. 

Açıklama yok.

Yerli mediada Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sabiq Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs olunması barədə məlumatlar yayılıb. O, verilişdə öz hekayəsini də danışıb: “Mən həbs olunanda özümün 34, böyük oğlumun 12, qızımın 7, kiçik oğlumun 4 yaşı var idi. Təəssüf ki, lazım olmayan zamanda lazım olmayan yerdə olduğum üçün buradayam. Ən böyük peşmanlığım odur ki, həmin məclisə getməməyi anam məndən tələb elədi. Atamı 23 yaşında itirdim. Tez bir zamanda müəyyən mövqeyə gəldim, amma özümü orada qoruya bilmədim.

12 il heç kimə icazə vermədim həbsxanaya gəlsin. Kaş qohumlarım kimi şəhid olaydım, anam bununla qürur duyardı, nəinki burada olmağımla”.

Bu sözlər və özünəməxsus ifadə tərzi insanlarda həbsdəki iş adamına sanki hörmət hissi yaratmış və ona böyük maraq formalaşmışdı.

Açıklama yok.

Bəs necə oldu ki, 22 illik həbsdən çıxan Şəmsi Səmədzadə azadlıqdakı qısa müddətdə ardıcıl cinayətlərə bulaşdı. Həmçinin onun qeyri-etik görüntüləri internetdə yayıldı?

Mütəxəssislər bildirirlər ki, uzun müddət həbsdə olmuş şəxsin azadlığa çıxması ilə onun cəmiyyətə adaptasiya olunması çox çətindir və bu, xeyli vaxt ala bilər.

Belə ki, Şəmsi Səmədzadənin həbs olunduğu illərdə Azərbaycanda internet demək olar ki, yox idi. O, azadlığa çıxanda isə necə deyərlər, internetin hər şey olduğu bir cəmiyyətə düşdü.

İkincisi isə yazılmış və yazılmamış qanunlardır. Şəmsi Səmədzadənin bərk getdiyi 90-cı illərdəki şəraitlə, qanunlarla, şərtlərlə indiki arasında böyük uçurum var və bu reallığı dərk etmədən “Don Kixot” kimi döyüş meydanına atılan Şəmsi Səmədzadə və digər Səmədzadələr qısa vaxtda biabır olmağa məhkumdur.

Nəticə olaraq, Səmədzadə biznes ehtirasına və tezliklə varlanmaq iştahasına hakim olmalıdır. Əks halda, dəmir barmaqlıqlar onun yolunu gözləyir.



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap