“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Britaniyada deputat Mandelsona cinayət işi açıldı - Epşteynlə bağlı

Tarix 05.02.26, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Britaniya polisi pedofil Epşteyni özünün "ən yaxşı dostu" adlandıran və onun vaxtından əvvəl azadlığa buraxılması üçün lobbiçilik edən leyborist millət vəkili Peter Mandelson haqqında istintaqa başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, baş nazir Keir Starmer Mandelsonu istefa verməyə çağırıb və onu bu vəzifəyə təyin etdiyinə görə Epşteynin qurbanlarından açıq şəkildə üzr istəyib.

"Sizə edilənlərə görə üzr istəyirəm. Hakimiyyətdə olan bu qədər insanın sizi aldatdığına görə. Mandelsonun yalanlarına inanıb onu təyin etdiyimə görə", - Starmer deyib.

BBC Epşteynin kolleksiyasından Mandelsonun alt paltarında naməlum bir qadının yanında olduğunu göstərən arxiv fotolarını dərc edib.

Yazışmalardan görünür ki, siyasətçi məhkum edilmiş pedofilin maraqlarını fəal şəkildə təbliğ edib. Epşteynin xahişi ilə o, hökumətin bankirlərin bonuslarına vergi tətbiq etmək qərarına təsir göstərməyə çalışıb.

Mandelson 2009-cu ilin dekabr ayında Epsteynə yazdığı məktubda qeyd edib: "Dəyişikliklər etmək üçün çox çalışıram. Xəzinədarlıq müqavimət göstərir, amma mən bunun üzərində işləyirəm".

Maliyyə qeydləri Epsteyndən köçürmələri göstərir: Mandelson özü təxminən 75.000 dollar, ortağı və hazırda əri (!) olan Reynaldo da Silva isə 2009-cu ildə daha 10.000 funt sterlinq alıb.

Mandelson Epsteinin hökmündən sonra onunla əlaqələrini təsdiqləyib və bunu səhv kimi qiymətləndirib. Siyasətçi təşkilat üçün əlavə çətinliklər yaratmaq istəmədiyini bildirərək Leyborist Partiyasından ayrılıb.



Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap