“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ana sevgilisi ilə birlikdə 6 yaşlı oğluna işgəncə verdi - FOTO

Tarix 05.02.26, 18:01

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda ana sevgilisi ilə birgə 6 yaşlı oğluna işgəncə verməkdə təqsirləndirilərək həbs edilib.

AzFakt.com "Unikal"a istinadən xəbər verir ki, zərərçəkmiş şəxsin vəkili Binyamin Cumayev məlumat verib.

Onun sözlərinə görə, artıq Yasamal Rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərdən - Mereuta Nina Feodorovna 1 ay və onunla qeyri-rəsmi yaşadığı Ələkbərli Ayxan Firdovsi oğlu barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib:

Mereuta Nina Feodorovna 2024-cü ilin iyun ayının ortalarından 2025-ci ilin sentyabr ayının 6-sı saat 12:10-dək olan müddət ərzində paytaxtın Yasamal rayonunda yerləşən mənzildə qeyri-rəsmi yaşadığı Ələkbərli Ayxan Firdovsi oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özü və Ramin Ramizoğlu ilə birgə nikahdan olan 23.01.2020-ci il əvəllüdlü azyaşlı övladı A.A-nı mütəmadi olaraq bədəninin müxtəlif fnahiyələrinə vurub, qaranlıq hamam otağına salıb fiziki ağrı və psixi iztirablar verməklə döyüblər.

Bakupost.az

Vəkilin sözlərinə görə, daha sonra sonuncu dəfə 06.09.2025-ci il tarixdə həmin ünvanda azyaşlının bədəninə bel kəməri və çəkiclə bir neçə dəfə vurub fiziki ağrı yetiriblər:

“Keçirilmiş ekspertizaların nəticəsinə əsasən köməksiz vəziyyətdə olan azyaşlı A.A-nın travmadan sonra stress pozuntusu, sağ diz oynağı nahiyəsinin yumşaq toxumalarının əzilmiş yarası və sıyrığı ilə əlaqədar diz oynağında hərəkət funksiyasının nisbi pozulması, sol diz oynağı nahiyəsinin qançırları ilə müşayiət olunan, küt əşyanın təsirindən əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub".

Vəkil B.Cumayev onu da qeyd edib ki, hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.5-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 274




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap