“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Epşteyn sənədləri“ndə 2 azərbaycanlının da adı var - Biri keçmiş nazir, biri deputat

Tarix 05.02.26, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Cefri Epşteyn işi üzrə ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər dünya mediasında müzakirə olunmaqda davam edir...

Minlərlə səhifədən ibarət materiallarda Epşteynin müxtəlif ölkələrdə siyasi və ictimai dairələrlə mümkün əlaqələri, səfər planları və təşkilati yazışmaları yer alır. Xəbər verdiyimiz kimi, açıqlanan sənədlərdə Azərbaycana dair qeydlər də diqqət çəkir.

AzFakt.com Sfera.az-a istinadən xəbər verir ki, Epşteyn sənədlərində yer alan məlumatlara əsasən, 2014-cü ildə ABŞ Konqres üzvlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri üçün hazırlanan gündəlikdə bir sıra azərbaycanlı rəsmi şəxslərin adları qeyd olunub. Sənədlərdə göstərilir ki, səfərin gündəliyi "Humpty Dumpty Institute" (HDİ) tərəfindən hazırlanıb. İnstitutun rəhbəri Cozef Merantedir və bu ad Epşteynə aid e-maillərdə keçən adlarla uyğunluq təşkil edir.

HDİ-nin rəsmi saytında yayımlanan məlumata görə, səfər "AzPod" şirkəti ilə birgə təşkil olunub. Gündəlikdə ABŞ Konqres nümayəndələrinin Bakıda bir sıra rəsmi və ictimai şəxslərlə görüşləri nəzərdə tutulub. Həmin siyahıda sabiq xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, Milli Məclisin deputatı Jalə Əliyeva və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da adları yer alır.

Açıqlanan sənədlərdə Jalə Əliyevanın adı ABŞ Konqres nümayəndə heyətinin Bakıda görüşəcəyi rəsmi şəxslər sırasında göstərilir. Məlumatlara görə, bu qeyd səfərin rəsmi proqramı çərçivəsində yer alıb. Hazırda sənədlərdə Jalə Əliyevanın Cefri Epşteynlə şəxsi və ya birbaşa əlaqəsinə dair konkret iddia və ya hüquqi fakt təqdim edilmir.

Ziya Məmmədovun adı isə həmin dövrdə keçirilən görüşlər və səfərin təşkilinə dair qeydlərdə çəkilir. Sənədlər və açıq mənbələrdə onun Epşteynlə birbaşa təması barədə açıq sübut yer almasa da, ABŞ nümayəndə heyətinin Bakıya səfəri ilə bağlı materiallarda sabiq nazirin adı kontekstual şəkildə qeyd olunur. Sənədlərdə Epşteynin bu səfərin təşkili və ya nümayəndə heyətinin formalaşdırılmasında birbaşa iştirak edib-etmədiyi açıq şəkildə göstərilmir.

Lakin HDİ rəhbərinin adı ilə Epşteyn yazışmalarında keçən adların üst-üstə düşməsi və institutun bu səfərdə əsas təşkilatçı kimi göstərilməsi müzakirələrə səbəb olub. Qeyd olunur ki, sənədlərdə adı keçən şəxslərin siyahısı ittiham və ya hüquqi məsuliyyət anlamına gəlmir və daha çox səfər proqramları, görüş qeydləri və təşkilati məlumatlar xarakteri daşıyır. Hazırkı mərhələdə bu adların sənədlərdə yer alması rəsmi ittiham kimi qiymətləndirilmir, lakin Epşteyn işi ətrafında açıqlanan materiallar fonunda məsələ ictimai diqqət mərkəzində qalmaqda davam edir.





Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap