“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Hakimin dəm qazından ölümünə görə cəza verildi - Çilingər günahkar bilindi

Tarix 14.02.26, 12:41

Font ölçüsü : - / +
bitmap-img6


Ötən ilin yanvarında Qax rayonunun Qaxbaş kəndində rayon məhkəməsinin hakimi Taleh Kərimovun öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, 36 yaşlı hakimin dəm qazından ölümünə görə “Azəriqaz”ın Qax rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsində çalışan çilingər C.Bayramov məsuliyyətə cəlb edilib.

Belə ki, onun xidmət ərazisində yerləşən və hakim T.Kərimovun kirayə yaşadığı mənzildə kombi aparatının hamam otağında quraşdırıldığı məlum olub. Hadisədən bir müddət əvvəl çilingər oraya baxış keçirsə də, kombinin hamamda yerləşdirilməsini nöqsan kimi aktlaşdırmayıb.

Bu səbəbdən ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ölümlə nəticələndikdə) maddəsi ilə iş açılıb.

66 yaşlı C.Bayramov ifadəsində bildirib ki, mənzilə mərhum hakimin özü ilə baxış keçirib və həmin vaxt kombinin hamamda yerləşdirilməsinin qaydalara uyğun olmaması barədə şifahi xəbərdarlıq edib. Lakin bu nöqsanı sənədləşdirməyib.

Qax Rayon Məhkəməsinin hökmü ilə çilingərə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və bir sıra hüquqları məhdudlaşdırılıb.






Xəbərin oxunma sayı : 337




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap