“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - 3 şəhərdə eyni fırıldaq-Video

Tarix 14.02.26, 14:11

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı 26 yaşlı Səbinə Vahabova axtarışa verilib.

“Qafqazinfo” “Halktv”yə istinadən xəbər verir ki, S.Vahabovanın “ailə qurduğu” şəxsləri aldadaraq toy məclisindən toplanan qızılları ələ keçirib qaçdığı məlum olub.

Belə ki, Türkiyə polisinə ilk müraciət ötən ilin 28 noyabrında Çorum şəhərindən daxil olub.

Müraciət edən şəxs Səbinə ilə dini nikaha daxil olduğunu və toy keçirildiyini, həmin mərasimdə qonaqlar və yaxın qohumların onlara 500 min lirə dəyərində qızıl hədiyyə etdiyini deyib. Lakin toydan 1 gün sonra S.Vahabova qızılları götürərək qaçıb.

Növbəti analoji hadisə isə bu ilin fevralında Kocaeli vilayətinin Gebze şəhərində baş verib. Polisə müraciət edən 39 yaşlı kişi Səbinə ilə tanış olub evləndiyini və dini nikaha daxil olduğunu, lakin qadının 300 minlik qızılları götürüb yoxa çıxdığını bildirib.

S.Vahabovanın görüntüləri yayıldıqdan sonra daha bir nəfər Konyadan oxşar şikayətlə müraciət edib. Həmin şəxs Zəhra Zamarova adlı qadınla tanış olub evlənmək niyyətində olduğunu, lakin həmin qadının özünü şübhəli apardığını hiss etdiyini deyib. Onun şəkillərini çəkməyə icazə vermədiyindən qadın qısa müddət sonra Konyanı tərk edib və həmin şəxsdən uzaqlaşıb.

Bildirilir ki, S.Vahabovanın ad-soyadını dəyişdirərək başqa şəxslərə qarşı da oxşar əməllər törətdiyi istisna edilmir.







Xəbərin oxunma sayı : 316




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap