“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Qobustan Xəstəxanasının direktoru haqqında ilginc iddialar - Rezidentura təhsili olmadığı halda...

Tarix 19.02.26, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


TƏBİB-in və ləğv edilmiş Azərbaycan Beynəlxalq Universiteti məzunu olan Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktorunun cavablandıra bilmədiyi suallar...

Azərbaycan səhiyyə sistemində baş verən kadr dəyişiklikləri və son dövrlərdə artan narazılıqlar fonunda, TƏBİB rəhbərliyindəki dəyişikliklər yalnız idarəetmə məsələsi deyil, həm də hüquqi və ictimai məsuliyyət məsələsi kimi qiymətləndirilməlidir. Keçmiş rəhbər Vüqar Qurbanov dövründə edilən təyinatlarla bağlı ortaya çıxan suallar isə bu günədək cavabsız qalır.

23 yanvar 2026-cı il tarixində Mediatv.az redaksiyası tərəfindən 10/341 nömrəli məktubla TƏBİB-ə rəsmi informasiya sorğusu göndərilib. Sorğuda Qobustan Rayon Mərkəzi Xəstəxanası direktoru Günay Muradova barədə daxil olmuş ziddiyyətli məlumatlara aydınlıq gətirilməsi xahiş olunub. Lakin bir aya yaxın müddət keçməsinə baxmayaraq, heç bir rəsmi cavab verilməyib.

Bu isə birbaşa “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Həmin qanuna görə, dövlət orqanları informasiya sorğusuna müəyyən edilmiş müddətdə cavab verməyə borcludur,cavab verməmək və ya əsassız şəkildə gecikdirmək informasiya əldə etmək hüququnun məhdudlaşdırılması hesab olunur. Beləliklə, dövlət qurumunun susqunluğu artıq sadəcə etik məsələ deyil - hüquqi məsuliyyət doğura biləcək davranışdır.

Təhsil və ixtisas məsələsi: hüquqi boşluq, yoxsa açıq pozuntu?

Daxil olan məlumatlarda bildirilir ki, xəstəxana rəhbəri Günay Muradova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universiteti məzunu olduğu və rezidentura təhsili olmadığı iddia olunur. Əgər bu məlumatlar təsdiqlənərsə, ortaya ciddi hüquqi sual çıxır, rezidentura təhsili olmayan şəxs dövlət tibb müəssisəsinə rəhbər təyin oluna bilərmi?

Azərbaycanın səhiyyə qanunvericiliyi və peşə standartları göstərir ki, tibbi fəaliyyət və idarəetmə vəzifələri müvafiq ixtisas və peşə hazırlığı tələb edir,rəhbər vəzifələrdə çalışan şəxslərin peşə kompetensiyası və ixtisas uyğunluğu təmin edilməlidir,dövlət tibb müəssisələrində rəhbər təyinatları şəffaf və əsaslandırılmış meyarlara söykənməlidir.Əgər rezidentura və ya ekvivalent ixtisaslaşma zəruri şərtdirsə, bu şərtin necə yan keçildiyi barədə ictimaiyyətə rəsmi izah verilməlidir. Əks halda, bu, idarəetmə səlahiyyətindən sui-istifadə və ya normativ tələblərin pozulması şübhəsini yaradır.

Xəstəxanada fəaliyyətin dayanması iddiaları – mümkün hüquqi nəticələr

İddialara görə, xəstəxanada istilik sisteminin işləməməsi səbəbindən stasionar şöbələr fəaliyyətini dayandırıb, xəstə qəbulu mümkün olmayıb və tibbi personal məcburi məzuniyyətə göndərilib.

Bu məlumatlar təsdiqlənərsə, vətəndaşların tibbi xidmətə çıxış hüququnun pozulması,əmək qanunvericiliyinin mümkün pozuntuları,dövlət büdcəsi hesabına maliyyələşən müəssisədə idarəetmə məsuliyyətinin yerinə yetirilməməsi kimi hüquqi nəticələr gündəmə gələ bilər.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun dövlətin əhalinin fasiləsiz tibbi xidmətlə təmin edilməsinə məsul olduğunu açıq şəkildə müəyyən edir. Dövlət xəstəxanasının faktiki fəaliyyət göstərməməsi isə bu prinsipin ciddi şəkildə sual altına düşməsi deməkdir.

Günay Muradovanın təyinatı hansı meyarlarla aparılıb, təhsil və ixtisas sənədləri yoxlanılıbmı və xəstəxanadakı idarəetmə problemlərinə görə kim məsuliyyət daşıyır?

Səhiyyə sistemi eksperiment meydanı deyil. Burada edilən hər bir təyinat birbaşa insan həyatına təsir edir. Peşəkar standartların pozulması ehtimalı belə ictimai narahatlıq yaratmaq üçün kifayətdir.

Bu gün cəmiyyətin gözlədiyi sadə bir şey var: qanunun işləməsi və şəffaflıq...

Əgər iddialar yalandırsa, bunu rəsmi sənədlərlə təkzib etmək niyə bu qədər çətindir? Yox əgər doğrudursa, onda məsuliyyət haradadır?



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap