“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Veysəloğlu“nun sponsorluğu ilə çəkilən “Naxçıvan Maarifi“ filmi təqdim olundu - FOTO

Tarix 19.02.26, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tariximizə, elmimizə, ədəbiyyatımıza və ictimai fikrimizə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. O qeyd edib ki, bu şəxsiyyətlərin mühüm tarixi xidmətləri nəticəsində qədim diyarda elmi, ədəbi və mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunəvi xarakter daşıyıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxışında regionda maarifçi hərəkatın öyrənilməsinin, onun nəticələrinin üzə çıxarılmasının, xalq maarifinin və məktəbin vəziyyətinin, eləcə də mütərəqqi əsasda inkişafına təsir göstərən amillərin araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə aparılan tədqiqatlar ölkənin pedaqoji fikir tarixinin zənginləşməsinə xidmət edir və müsbət təcrübə ilə mütərəqqi ənənələrdən bu gün də istifadə olunmasına imkan yaradır.

Təqdimatda çıxış edən fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov vurğulayıb ki, bəhs olunan dövrdə Naxçıvanda maarifçi hərəkat yüksək səviyyəyə yüksəlib, elm və təhsil sahəsində ciddi nailiyyətlər əldə olunub. Qeyd edilib ki, Naxçıvan maarifçiləri təkcə müəyyən bir təbəqənin deyil, bütövlükdə millətin adından çıxış edərək cəmiyyət həyatının yaxşılaşdırılmasına çalışıblar.

Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa videoçarx nümayiş etdirilib.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov çıxışında "Naxçıvan Maarifi” filminin şirkət üçün yalnız mədəni layihə deyil, eyni zamanda strateji baxışın, təhsilə və milli-mənəvi dəyərlərə sadiqliyin ifadəsi olduğunu bildirib. O qeyd edib ki, film gənc nəslin öz köklərinə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın silinmiş və unudulmuş tarixinin bərpası istiqamətində birgə səylərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.

Sonda "Naxçıvan Maarifi” sənədli-bədii filmi nümayiş olunub.





Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap