“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“ABŞ-nin İrana yeni zərbəsi ciddi nəticələrə səbəb ola bilər” -Lavrov xəbərdarlıq etdi

Tarix 19.02.26, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-nin İrana mümkün yeni hərbi zərbəsi ciddi nəticələrə gətirib çıxara bilər. O, tərəfləri gərginliyi artırmamağa və diplomatik həll yoluna üstünlük verməyə çağırıb.

S.Lavrov bu fikirləri Səudiyyə Ərəbistanının “Al-Arabiya” televiziya kanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, əvvəllər İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan nüvə obyektlərinə zərbələr endirilib və bu, real nüvə insidenti riski yaradıb.

Nazir vurğulayıb ki, region ölkələri, xüsusilə ərəb dövlətləri və Körfəz monarxiyaları gərginliyin artmasını istəmir: “Heç kim vəziyyətin daha da kəskinləşməsini istəmir. Hamı anlayır ki, bu, odla oynamaqdır”.

Lavrov əlavə edib ki, gərginliyin artması son illərdə İranla region ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşmasını təhlükə altına qoya bilər.

Məlumata görə, Cenevrədə ABŞ və İran nümayəndələri arasında dolayı danışıqlar keçirilib. ABŞ tərəfi İranın nüvə proqramından imtina etməsini tələb edir. Tehran isə nüvə silahı yaratmaq niyyətində olmadığını bildirir və proqramının dinc məqsəd daşıdığını vurğulayır.

Lavrov qeyd edib ki, ərəb ölkələri Vaşinqtona təmkinli olmağa və İranın qanuni hüquqlarını pozmayan razılaşma əldə etməyə çağırır. O, həmçinin Rusiyanın İran rəhbərliyi ilə müntəzəm təmasda olduğunu və Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində problemi həll etmək istədiyinə şübhə etmədiklərini deyib.



Xəbərin oxunma sayı : 337




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap