“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

FHN əməkdaşı faciəvi şəkildə həyatını itirib - Rəsmi açıqlama

Tarix 21.02.26, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


Salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.

Məlumata görə, Ələt-Astara yolunun Kürsəngi kəndindən keçən ərazisində yanan yük avtomobilini söndürməyə gələn FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. Hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı Hakim Piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.

Fövqəladə Hallar Nazirliyi hadisə ilə əlaqədar açıqlama yayıb: “21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".



Xəbərin oxunma sayı : 427




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap