“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Beyləqanda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olundu - Fotolar

Tarix 26.02.26, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


1992-ci il 26 fevral tarixində xalqımıza qarşı törədilmiş dəhşətli cinayətdən – Xocalı soyqırımından 34 il ötür. Bu faciə Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri kimi hər zaman dərin hüznlə xatırlanır.

AzFakt.com xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə Beyləqan rayonunda anım mərasimi keçirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Mərasim iştirakçıları Beyləqan şəhərinin girişində yerləşən “Ana harayı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzüblər. 

Beyləqan RİH-nin inzibati binasında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbiri giriş nitqi ilə açan Beyləqan RİH başçısı Ə.Əzizov Xocalı soyqırımının Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ən ağır hərbi-siyasi cinayətlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş bu faciə insanlığa qarşı cinayət kimi tarixə həkk olunub.

Rayon rəhbəri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırıma hüquqi-siyasi qiymətin verilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan ardıcıl siyasətdən bəhs edib, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə ilk dəfə siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək Xocalı soyqırımının mahiyyəti, faciənin miqyası və nəticələri barədə ətraflı məlumat verib. O bildirib ki, həmin qanlı hadisələr Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin tərkib hissəsi olub və məqsəd Azərbaycan xalqını tarixi torpaqlarından didərgin salmaq idi.

Digər natiqlər də çıxış edərək Xocalı soyqırımının xalqımızın qan yaddaşı olduğunu, bu faciənin heç zaman unudulmayacağını və unutdurulmayacağını bildiriblər. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulduğu, onların qəhrəmanlığının gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olduğu qeyd edilib.







Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap