“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Məhşur universitetin professoru işindən ayrıdlı - “Epşteyn işi“nə görə

Tarix 26.02.26, 16:24

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş ABŞ Maliyyə Naziri Larrı Summers adı Cefri Epşteyn ilə bağlı istintaq sənədlərində yenidən gündəmə gəldikdən sonra Harvard universitetundəki professorluq vəzifəsindən ayrılacağını açıqlayıb. 

Universitet rəhbərliyi qərarın Epsteinlə bağlı hökumət tərəfindən yayımlanan sənədlərin araşdırılması prosesi ilə əlaqəli olduğunu bildirib.

Summers “The Harvard Crimson” qəzetinə açıqlamasında akademik ilin sonunda universitetdəki professorluq fəaliyyətini dayandırmaq qərarı verdiyini deyib və bunu “çətin qərar” adlandırıb. O qeyd edib ki, bundan sonra rəsmi vəzifə daşımadan, fəxri rektor və təqaüddə olan professor kimi qlobal iqtisadi məsələlər barədə fikir və təhlillərini bölüşməyə davam etməyi planlaşdırır.

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin apardığı Epşteyn araşdırması zamanı Summersın 2001–2006-cı illərdə Harvardın rektoru olduğu dövrdə Epşteynlə əlaqələrinin davam etdiyi üzə çıxıb. Məlumata görə, Summers ən azı dörd dəfə Epşteynə məxsus təyyarə ilə uçub və onun rektorluğu dövründə Harvard Universiteti Epsteindən milyonlarla dollar ianə qəbul edib.

Xatırladaq ki, Cefri Epşteyn yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunarkən 2019-cu ildə həbsxanada ölü tapılmışdı.



Xəbərin oxunma sayı : 361




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap