“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Baxçalının Ərdoğana doğum günü hədiyyəsi diqqət çəkib - Maraqlı detallar

Tarix 26.02.26, 15:53

Font ölçüsü : - / +
bitmap-img6


Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 72-ci doğum günü münasibətilə ona xüsusi hədiyyələr təqdim edib.

MHP-dən yayılan açıqlamaya görə, Ərdoğanın 72 yaşı tamam olması münasibətilə ona 72 ədəd qızılgüldən ibarət gül dəstəsi göndərilib.

Bununla yanaşı, xüsusi dizayn edilmiş bədii tablo da hədiyyə olunub. Bildirilib ki, tək nüsxədə hazırlanan tabloda İslam ölkələrinə aid xəritə lazer oyma üsulu ilə işlənib. Xəritənin yuxarı hissəsində “Allah (C.C.)”, aşağı hissəsində isə Həzrəti Məhəmmədin adı yer alıb. Xəritənin daxilində “Fəth” surəsinin 1-ci və 2-ci ayələri həkk olunub, künclərində isə dörd xəlifənin adları qeyd edilib.

Tablonun üzərində Anadolu türk naxışları lazer üsulu ilə işlənib, zirkon daşlarla bəzədilib və zərgərlik sənəti ilə metal qatlar şəklində hazırlanıb. Əsər xüsusi mine boyama üsulu ilə rənglənərək bədii taxta çərçivə içərisində təqdim edilib.



Xəbərin oxunma sayı : 325




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap