“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Adda Dental” klinikasından şikayət: Həkim səhlənkarlığı baş verib?

Tarix 28.02.26, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Müalicə üçün həkimə aparıldı, ağzını bağlaya bilmir .

Gülnar Abdullayeva bildirir ki, 12 iyul 2025-ci il tarixində “Adda Dental” klinikasında övladına üst çənə darlığı diaqnozu ilə ortodontik plastinka yerləşdirilib. Lakin bir müddət sonra uşağın sağlamlığında ciddi problemlər yaranıb. Valideyn bildirib ki, qızının dörd il ərzində müalicəsini aparan həkim Nərmin Süleymanovanın təyinatı əsasında plastinkanın qoyulması üçün sözügedən klinikaya müraciət ediblər və prosedur həyata keçirilib. Təxminən iki həftə sonra plastinkada sementin qopması ilə bağlı yenidən həkimə müraciət olunub: “Nərmin xanım ölkə xaricində olduğunu deyərək klinikaya yaxınlaşmağımızı və orada bizi başqa bir həkimin qəbul edəcəyini dedi. Orada bizi Səadət Əliyeva adlı həkim qarşıladı. Sonradan onun ortodont olmadığını öyrəndik. Qızımın dişində problem yarandı. Rəydə qeyd olunub ki, problem pasiyentin ehtiyatsızlığı səbəbindən qidalanma zamanı baş verib. Bu dişlər hansı qida vasitəsilə yuxarı qalxa bilər?!”. Şikayətçinin sözlərinə görə, 18 fevral 2026-cı il tarixində Binəqədi Rayon Məhkəməsi ilkin tibbi ekspertiza rəyini və Prokurorluğun qərarını ləğv edib, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul edib. Valideyn bildirib ki, əsas istəkləri növbəti rəyin ədalətli və qərəzsiz şəkildə verilməsi, həkimin mümkün səhlənkarlığının ört-basdır edilməməsidir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən qeyd olunub ki, səlahiyyətləri çərçivəsində klinikanın lisenziyası, həkimin sertifikatı və tibbi fəaliyyət üçün zəruri digər sənədlərin mövcudluğu araşdırılacaq və nəticə barədə şikayətçiyə məlumat veriləcək.

 Əlavə olunub ki, vətəndaşın rəsmi müraciəti 25 fevral tarixində Analitik Ekspertiza Mərkəzinə daxil olub və hazırda icradadır. Hazırda iş üzrə məhkəmə araşdırması aparıldığı və məhkəmə qərarı ilə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edildiyi nəzərə alınaraq tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi, ekspertiza rəyinin əsaslılığı və konkret tibb işçilərinin peşə fəaliyyətinə hüquqi qiymətin verilməsi ilə bağlı əlavə şərh verilməsi məqsədəuyğun hesab edilmir.





Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap