“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Xırdalanın mərkəzində açıq özbaşınalıq - 4 mərtəbəli bina necə 5-ə çevrilib?

Tarix 28.02.26, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Xırdalan şəhərində, Heydər Əliyev prospektində yeni tikilmiş 4 mərtəbəli binanın damında əlavə bir mərtəbənin qaldırılması ilə bağlı redaksiyamıza daxil olan məlumatlar və fotofaktlar ciddi suallar doğurur.Sual sadədir, əgər bu bina üçün əvvəlcədən 5 mərtəbəyə icazə var idisə, niyə tikinti başa çatdıqdan, pəncərələr quraşdırıldıqdan, fasad formalaşdıqdan sonra əlavə mərtəbə tikilməyə başlanılıb? Yox, əgər icazə 4 mərtəbəyə verilibsə, onda damın üzərində aparılan bu işlər açıq-aşkar qanun pozuntusudur.

Mediatv.az xəbər verir ki,son illər tikinti sektorunda təhlükəli bir tendensiya formalaşıb: Əvvəl fakt yaradılır, sonra sənədlər “uyğunlaşdırılır”. Bu isə şəhərsalma normalarının, təhlükəsizlik qaydalarının və vətəndaş hüquqlarının kobud şəkildə pozulması deməkdir. Binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi olması, yuxarı mərtəbələrin isə yaşayış üçün nəzərdə tutulması vəziyyəti daha da mürəkkəbləşdirir. Layihə dəyişiklikləri olan zaman, konstruktiv təhlükəsizliyə təsir edir,əlavə yük daşıyıcı sistemlər üçün hesablamalar aparılmalı,yanğın təhlükəsizliyi normaları yenidən qiymətləndirilməli,dövlət ekspertizasından keçməlidir.Heydər Əliyev prospektində aparılan bu tikintidə sadalanan normativ aktlara riayət olunubmu?

İcra hakimiyyəti və nəzarət mexanizmləri haradadır?

Əgər bu tikinti icazəsizdirsə, bəs yerli icra hakimiyyəti niyə susur? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarət mexanizmləri işləmir? Müvafiq qurumların monitorinq aparmaq öhdəliyi yoxdurmu?
Əgər isə icazə sonradan dəyişdirilibsə, bu dəyişiklik hansı əsasla, hansı ekspert rəyi ilə və hansı ictimai maraq nəzərə alınaraq edilib?
Bu məsələ yalnız bir əlavə mərtəbə problemi deyil. Bu, şəhərsalma prinsiplərinə münasibətin göstəricisidir. Sabah eyni praktika ilə 4 mərtəbə 6-ya, 6 mərtəbə 8-ə çevrilərsə, şəhərin memarlıq siması və sakinlərin təhlükəsizliyi kimlərin məsuliyyətində olacaq? Şəhər mərkəzində, əsas prospektdə baş verən qanun pozuntusu (əgər belədirsə) göz önündədirsə, kənar ərazilərdə nələrin baş verdiyini təsəvvür etmək çətin deyil.

Aidiyyəti qurumların bu məsələyə rəsmi münasibət bildirməsi, tikintinin hüquqi əsaslarının açıqlanması və ictimaiyyətə şəffaf məlumat verilməsi zəruridir.

Əks halda, “icazəsiz tikinti” anlayışı kağız üzərində qalacaq, şəhər isə fakt qarşısında qoyulmağa davam edəcək.

        






Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap