“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Əfqanıstanda əcaib “Taliban“ idarəçiliyi - Musiqi, qalstuk, “TikTok“ qadağası, arvadı döymək hüququ

Tarix 28.02.26, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Əfqanıstanda 30 milyon əhali şəriət qaydaları ilə yaşamağa məcbur edilir. Hərəkatın tətbiq etdiyi qadağalar dünyanı heyrətə gətirir.

AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyətə gələn "Taliban" hərəkatı beş ilə yaxındır ölkəni idarə edir. Bu illər ərzində ölkə orta əsrlərdən qalma metodlarla idarə olunmaqdadır. 30 milyon əhali şəriət qaydaları ilə yaşamağa məcburdur.

2021-ci ildən əvvəl ABŞ və NATO ölkələrinin yaxın müttəfiqi kimi çıxış edən Əfqanıstan "Taliban"ın hakimiyyəti yenidən ələ keçirməsindən sonra tamamilə fərqli trayektoriyada hərəkət edir. Hərəkatın xarici siyasəti hazırda beynəlxalq səviyyədə de-yure (rəsmi) tanınma əldə etməyə və ölkənin iqtisadi təcridini aradan qaldırmağa yönəlsə də, ortada uğur yoxdur. Əfqanıstan İslam Əmirliyinin əsasının qoyulmasından 5 il keçsə də, hələ ki, heç bir dövlət "Taliban"ı Əfqanıstanın legitim idarəçisi kimi tanımağa tələsmir.

Hərəkatın qurduğu hökumət beş ilə yaxındır sınaqlarla üz-üzədir. Repatriant problemi, sanksiyalar, iqtisadi sıxıntılar, aparıcı dövlətlərin təzyiqləri azmış kimi, Beynəlxalq Cinayət Məhkəməsi də onun liderlərinin həbsi barədə qərar qəbul edib.

Əfqanıstanda əcaib Taliban idarəçiliyi - Musiqi, qalstuk, TikTok qadağası, arvadı döymək hüququ

Çinin dövlət şirkəti ilə neft hasilatı müqaviləsi imzalanıb

"Taliban"ın iqtisadi dirçəlişə yardım üçün ümid bəslədiyi ölkələrdən ən birincisi qonşusu Çindir. Hərəkat bu yaxınlarda Çinin dövlət şirkəti - "CAPEIC" ilə Amudərya hövzəsindən neft hasilatı ilə bağlı müqavilə imzalayıb. Müqavilə ilk ildə 150, növbəti 3 ildə isə 540 milyon dollar məbləğində yatırımı özündə ehtiva edir. "Taliblər"in Pakistanla əlaqələri isə dəyişkən xarakterə sahibdir. Bu günlərdə iki dövlət arasında hərbi münaqişə də baş verib. "Taliban"la gərginlik şəraitində olan yeganə dövlət Pakistan deyil. İran və qonşu Mərkəzi Asiya ölkələri də İslam Əmirliyi ilə anlaşmazlıqlar yaşayırlar. Uzun müddətdir davam edən quraqlıq da Əfqanıstan və qonşuları arasında münaqişəyə yol açıb. Əfqanıstandan insanların ciddi miqrasiya etdiyi ölkələrdən biri də Türkiyədir. Hazırda 300 min əfqan qaçqını Türkiyədə yaşayır.

"Əfqanıstana xoş gəlmisiniz"

Maraqlısı budur ki, Əfqanıstan hökuməti ölkədə turizmin inkişafı ilə əlaqəli addımlar atmaq qərarına gəlib. Bununla bağlı zarafatyana bir reklam çarxı da çəkilib. Sosial şəbəkələrdə yerləşdirilmiş reklam çarxında avtomatla silahlanmış saqqallı kişilər başlarına torba keçirilmiş üç insanın arxasında dayanır. "ABŞ üçün bir mesajımız var" deyən silahlı əfqanlardan biri, "əsir"in başından torbanı çıxarır, sevinc dolu təbəssümlə bəyan edir: "Welcome to Afghanistan!" ("Əfqanıstana xoş gəlmisiniz"). Rolikdə daha sonra İslam Əmirliyinin gözəlliklərini nümayiş etdirən görünütülər verilir.

Əfqanıstanda əcaib Taliban idarəçiliyi - Musiqi, qalstuk, TikTok qadağası, arvadı döymək hüququ

Qadınların hədiyyə tələb etməsi qadağandır

2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra "Taliban"ın verdiyi 10 qəribə qadağanın sıralaması da hazırlanıb. Məsələn, 2025-ci ildə qadınların toylar, Novruz və digər bayramlar üçün kişilərdən məhr və ya hər hansı bir hədiyyə tələb etməsini qadağan edən qərar qəbul edilib. Hərəkat əvvəllər də qadınlara qarşı qadağalar tətbiq etmişdi. Məsələn, qadınlar orta məktəbdə və universitetdə oxumaq, parklarda kişilərlə gəzmək, ictimai hamamlarda yuyunmaq, ibtidai məktəblərdə oxumaq və dərs demək, idman zallarına getmək, qeyri-hökumət təşkilatlarında və ticarət mərkəzlərində işləmək hüququndan məhrum olunublar.

500 musiqi aləti tonqalda yandırılıb

İkinci qəribə qadağa musiqi ilə bağlıdır. "Taliban" hələ birinci hakimiyyəti dövründə - 1990-cı illərin ortalarından 2001-ci ilə qədər ictimai tədbirlərdə, radioda və televiziyada musiqi ifasını qadağan etmişdi. Beş il əvvəl hakimiyyətə qayıtdıqdan sonra hərəkat bu qadağanı yeniləyib. Bu yaxınlarda Xeyirxahlığı Təşviq və Rəzalətdən Çəkindirmə Nazirliyinin əməkdaşları 500 musiqi alətini tonqalda yandırıblar. Paralel olaraq musiqiçilərə qarşı repressiyalar da tətbiq edilib.

Əfqanıstanda əcaib Taliban idarəçiliyi - Musiqi, qalstuk, TikTok qadağası, arvadı döymək hüququ

Üçüncü qəribə qadağa qəlyanla bağlıdır. 2022-ci ilin oktyabrında Əfqanıstanda qəlyan çəkmək "dinə zidd" elan edilib və qadağa fətvası verilib. Dördüncü qadağa gözəllik salonları, beşinci isə siyasi partiyalarla bağlıdır.

Altıncı qadağa talismanlar və amuletlər, yeddinci qadağa "TikTok" və "PUBG"a qoyulub.

Səkkizinci heyrət doğuran qadağa qadınların ola biləcəyi ərazilərə - məsələn, qonşunun həyətinə və ya mətbəxinə baxan pəncərələrin dizaynı ilə bağlıdır. Hərəkatın ali lideri Heybətullah Axundzadənin imzaladığı fərmana əsasən, əgər evlərdəki pəncərələr uyğun olmayan ərazilərə baxırsa, ev sahibləri onun qarşısında insan boyunda divarlar quraşdırmalıdırlar.

Doqquzuncu diqqətçəkən qadağa qalstuklarla bağlıdır. Hərəkat bu aksesuarı xaça bənzədib, qadağa qərarı verib. "Qalstuk xaçdır. Şəriət qanunları ondan qurtulmağı tələb edir" - deyə, ədliyyə naziri açıq şəkildə bildirib.

Hərəkatın onuncu diqqət çəkən qadağası MMA ilə bağlıdır. 2024-cü ilin avqustunda Əfqanıstan Bədən Tərbiyəsi və İdman Departamenti ölkə ərazisində qarışıq döyüş sənətlərini qadağan edib.

Əfqanıstanda əcaib Taliban idarəçiliyi - Musiqi, qalstuk, TikTok qadağası, arvadı döymək hüququ

Yeni Cinayət Məcəlləsi hər kəsi şoka salıb

Bu günlərdə isə "Taliban" müddəaları ciddi tənqidlərə səbəb olan yeni Cinayət Məcəlləsi qəbul etməklə hər kəsi heyrətə salıb. Məsələ burasındadır ki, 119 maddədən, üç fəsildən və on bölmədən ibarət olan sənəd heç bir ictimai müzakirədən keçməyib. Onun mövcudluğu yalnız sənəd Əfqanıstanın "Ravadari" hüquq-müdafiə təşkilatı tərəfindən dərc edildikdən sonra məlum olub.

Yeni məcəllənin 58-ci maddəsinə əsasən, mürtəd (dindən dönmüş) sayılan qadın ömürlük həbsə məhkum edilir. Bu müddət ərzində ona hər üç gündən bir on qamçı zərbəsi vurulmalıdır. Sənəddə kişilərə münasibətdə analoji norma yoxdur. Məcəllənin 32-ci maddəsi müəyyən edir ki, ər yalnız zərbələri arvadında sınıqlara, yaralara və ya görünən göyərtilərə səbəb olduqda cinayətkar sayılır, bunun üçün ona 15 günədək həbs cəzası verilə bilər. 34-cü maddə arvadın ərin icazəsi olmadan özbaşına qohumlarının yanına getməsini cinayət sayır və bunun üçün həm qadına, həm də ona sığınacaq verən qohumlara üç aylıq həbs cəzası təyin edir.



Xəbərin oxunma sayı : 400




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap