Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakıda qəribə dələduzluq:“Maşın oğurluqdur“ deyib əlindən aldı, sonra yenidən özünə satdı

Tarix 14.03.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, əvvəlcə avtomobili "oğurluq" adı ilə əlindən alınıb, sonra isə həmin maşın ona yenidən satılıb. Nəticədə şikayətçi həm avtomobillərini, həm də külli miqdarda vəsaitini itirib.

AzFakt.com xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.


Şikayətçi Əli Əlibagei məsələ ilə bağlı bunları bildirib:

"2020-ci ildə İrandan gəldim və iş qurmaq üçün iki yük maşını aldım. Birinci maşını 38 min manata öz adıma rəsmiləşdirmişdim. İkinci maşını alanda Arzu Nurayeva adlı şəxs gələrək avtomobilin oğurluq olduğunu iddia etdi və onu apardı. Bir neçə gün sonra isə geri qayıdaraq həmin maşını mənə satmaq istədiyini dedi. Özünü bank işçisi kimi təqdim edərək, `Narahat olma, borcunu ödəyərsən` dedi. 13 min manata razılaşdıq və hər ay 1 300 manat ödəyəcəyimi bildirdi.

Artıq üç maşınım var idi. Bir neçə ay sonra Arzu xanım maşınları öz adına keçirməyimi tələb etdi. Kreditin bitməsinə cəmi 1 000 manat qalmışdı. Türkiyəyə gedib qayıdanda öyrəndim ki, maşını Arzu xanım aparıb. Səbəb kimi borcun gecikməsini göstərərək maşını satdığını bildirdi. Etiraz edəndə isə pulumu geri verməyəcəyini dedi.

Nəticədə mən həm birinci, həm də digər avtomobillərimi itirdim. Arzu xanım mənə hədə-qorxu gələrək, "Gör sənin başına nə oyunlar açacağam" deyirdi. Bu hadisələr nəticəsində, ümumilikdə, 110 min manata yaxın zərərə düşmüşəm".



Xəbərin oxunma sayı : 634




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap