Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İran-ABŞ danışıqları Pakistan vasitəsilə aparılır - Hakan Fidan

Tarix 27.03.26, 23:04

Font ölçüsü : - / +
bitmap-img6


İran və ABŞ arasında danışıqlar Pakistan vasitəsilə həyata keçirilir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” kanalına müsahibəsində bildirib.

APA-nın məlumatına görə, Fidan qeyd edib ki, tərəflər arasında mesajlar vasitəçilər üzərindən ötürülür və proses artıq aktiv mərhələyə keçib.

“Danışıqlar başlayıb və Pakistan vasitəsilə mesajlar ötürülür. ABŞ tərəfi ilə koordinasiya aparılır, İran tərəfi də bu proses barədə məlumatlandırılır”, - deyə o bildirib.

Nazir vurğulayıb ki, Türkiyə də danışıqlar prosesində aktiv iştirak edir və müxtəlif tərəflərlə, xüsusilə İranla uzun müzakirələr aparılır.

Onun sözlərinə görə, məqsəd tərəflərin mövqelərini və gözləntilərini daha yaxşı anlamaqdır.

Fidan əlavə edib ki, hazırkı danışıqlar müharibədən əvvəlki dövrlə müqayisədə fərqli mərhələdədir.

“İran üçün vəziyyət dəyişib. Əvvəllər danışıqlar müharibənin qarşısını almaq üçün aparılırdı, indi isə müharibə artıq baş verib və bu, tərəflərin şərtlərinə təsir edib”, - deyə o qeyd edib.



Xəbərin oxunma sayı : 574




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap