Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Azərbaycanda deputat evinə getdiyi qadının əri tərəfindən tutuldu - Pəncərədən QAÇDI

Tarix 03.04.26, 13:08

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı seçilmiş Əli Abbasov mandatının əlindən alınmasından narazıdır.

Əli Abbbasov Naxçıvan Mərkəzi Seçki Komissiyasının qərarından Ali Məhkəməyə şikayət edib.

Keçmiş deputat iddia ərizəsində yazır ki, mandatı əsassız olaraq ləğv edilib, bu səbəbdən MSK-nın qərarının ləğv edilməsini xahiş edir.

Əli Abbasovun mandatının ləğv edilməsinə gətirib çıxaran hadisə onun içkili vəziyyətdə əvvəldən tanıdığı qadının evinə daxil olması, sonuncuya əxlaqsız təklif etməsi ilə bağlı yayılmış xəbərlər olub. Şikayət ərizəsində yazılıb ki, Ə.Abbasov evə daxil olduqdan sonra qadının əri qəfil içəri girib, bu vaxt deputat pəncərədən tullanaraq qaçıb. Lakin çox uzaqlaşmadan qadının əri tərəfindən tutularaq özünü ifşa edib. Bundan bir neçə saat sonra həmin şəxs əlində bıçaqla Əli Abbasovun evinə hücum çəkib. O, deputatı bıçaqlamaq istəyərkən sonuncunun qohumu araya girərək xəsarət alıb.

Prokurorluqda aparılan araşdırma nəticəsində deputatın qadının evinə iradəsinə zidd olaraq, zorla girməsi sübut edilmədiyindən cinayət işinin başlanmasından imtina edilib. Sonradan isə həmin qadınla deputat arasında barışıq əldə edilib, şikayət geri çəkilib.

Ə.Abbasov hazırda ondan heç bir şikayət olmadığını da əsas gətirərək, deputat mandatının bərpa edilməsini xahiş edib. 

Lakin Ali Məhkəmə şikayəti əsassız sayıb.

Məhkəmə qərarında yazılıb ki, iddiaçının mandatının ləğv edilməsi ilə bağlı qərar şikayətin geri çəkilməsi ilə deyil, deputat adına xələl gətirən hərəkətlər etməsi ilə bağlı olub. Ə.Abbasov etik davranış qaydalarını kobud surətdə pozduğu üçün kassasiya şikayəti rədd edilib. (qafqazinfo)



Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap