Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakının “məşhur cibgir”i yenə saxlanıldı - Kriminal DOSYE

Tarix 01.04.26, 18:59

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda cibgirlik əməllərində şübhəli bilinən daha bir şəxs saxlanılıb. Maraqlıdır ki, bu şəxs paytaxt polisinin köhnə “tanışı”dır.

Musavat.com xəbər verir ki, polis əməkdaşları tərəfindən 64 yaşlı Taləddin Əhmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümumilikdə 1717 manat pul, bank kartları və sənədlər olan pul kisəsini oğurlayıb. Hadisə təhlükəsizlik kameraları tərəfindən də anbaan qeydə alınıb. Polis məlumatına görə, saxlanılan şəxs əvvəllər dəfələrlə məhkum olunmuş şəxsdir və onun digər analoji cinayətlərdə iştirakı da araşdırılır.

Taləddin Əhmədovun adı hüquq-mühafizə orqanlarının məlumatlarında ilk dəfə hallanmır. Əksinə, onun barəsində müxtəlif illərdə bir neçə dəfə oxşar cinayət epizodları qeydə alınıb. Belə ki, 2018-ci il iyulun 2-də Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə Bakı şəhər sakini N.Əliyeva müraciət edib. Bildirib ki, onun çantasından mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Əliyevanın telefonunu oğurlayan Taləddin Əhmədov saxlanılmışdı.

Həmin vaxt da onun əvvəllər məhkum olunmuş şəxs olduğu bildirilirdi. Taləddin Əhmədovun adı həmçinin, 2023-cü ildə kriminal xəbərlərdə yenidən gündəmə gəlmişdi. Belə ki, 12 yanvar 2023-cü ildə Xətai rayonu ərazisində bir qadının çantasından mobil telefonun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olmuşdu. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs kimi Taləddin Əhmədov müəyyən olunaraq saxlanılmışdı. Həmin fakt üzrə də Xətai Rayon Polis İdarəsində araşdırma aparılmışdı.

Beləliklə, müxtəlif illərdə eyni xarakterli cinayətlərdə adı hallanan Taləddin Əhmədovun kriminal “dosyesi” göstərir ki, o, paytaxtda cibgirlik və çanta oğurluğu ilə bağlı hadisələrdə dəfələrlə saxlanılmış şəxslərdən biridir. Hüquq-mühafizə orqanları hazırda saxlanılan şəxsin Bakının digər rayonlarında baş vermiş analoji cibgirlik hadisələrində iştirak edib-etmədiyini də araşdırır. Polis vətəndaşlara xüsusilə ictimai nəqliyyatda, bazar və insanların sıx toplaşdığı yerlərdə şəxsi əşyalarına diqqətli olmağı tövsiyə edir. Araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 130




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap