Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ Prezidenti axşam xalqa müracət edəcək - Neftin qiymətinə təsir edəcək?

Tarix 01.04.26, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp aprelin 1-də, Vaşinqton vaxtı ilə saat 21:00-da İrana dair mühüm məlumat vermək üçün xalqa müraciət edəcək.

Ağ Evin açıqlaması Trampın dünən jurnalistlərə ABŞ qoşunlarının İranı “iki-üç həftə ərzində” tərk edə biləcəyini deməsindən qısa müddət sonra verilib.

İqtisadçı Ilham Shaban bildirib ki, İran müharibəsi başlayandan bəri neft bazarı ABŞ prezidentinin bəyanatlarına son dərəcə həssasdır. 

Onun sözlərinə görə, faktiki olaraq, hazırda Donald Trampın açıqlamaları neft bazarını yuxarı və aşağı istiqamətdə hərəkət etdirir: “Dünən Brent markalı neftin qiyməti bir barel üçün 119,24 dollara qədər yüksəlmişdisə, bu səhər “qara qızıl” artıq 104 dollardan da aşağı həddə ticarət edilir. Bazar iştirakçıları təxmin edirlər ki, əgər Tramp İranda müharibənin həqiqətən yaxın zamanda başa çatacağını elan edərsə, neft qiymətləri bu gün daha 10–15% aşağı düşə bilər”.

İqtisadçı əlavə edib ki, ABŞ-da “Regular” (Ai-92) markalı benzinin qiyməti 1 qallon üçün 4 dollar həddini (1 litr üçün 1,06 və ya 1,8 AZN) keçib. İranda müharibə başlamazdan öncə ABŞ-da bu marka benzinin litri 0,55–0,59 dollar arasında dəyişirdi.

İlham Şaban vurğulayıb ki, Trampın açıqlamaları həm beynəlxalq neft bazarını, həm də ABŞ-dakı istehlakçı qiymətlərini birbaşa təsir edə bilər.



Xəbərin oxunma sayı : 169




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap