Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama

Tarix 01.04.26, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


“Kontakt Home” mağazalar şəbəkəsindən alınan məhsullarla bağlı şikayətlər səngimək bilmir. Redaksiyamıza daxil olan müraciətlərdə və sosial şəbəkələrdə vətəndaşlar tez-tez məhsulların qüsurlu olduğunu, geri qaytarılmanın isə mümkün olmadığını bildirirlər.

AzFakt.com bakupost.az-a istinadla xəbər verir ki, şikayət edənlərdən biri də bloger Aygün Qabulovadır. O, sosial şəbəkə hesabında “Kontakt Home”dan aldığı məhsulla bağlı narazılığını ifadə edərək bildirib ki, ötən həftənin cümə günü mağazadan fen alarkən məhsulu yoxlamağa icazə verilməyib. Satıcı isə problem yaranacağı təqdirdə məhsulun geri qaytarılacağını vəd edib:

“Feni evdə işə salanda yanıq qoxusu gəldi, eyni zamanda cızıltılı səs eşidildi. Ertəsi gün məhsulu geri qaytarmaq üçün apardım, amma dedilər ki, bu mümkün deyil, çünki gigiyenik məhsuldur. İlk dəfədir eşidirəm ki, fen gigiyenik məhsul sayılır. Əgər belədirsə, bu barədə satış zamanı məlumat verilməli idi. Nə məlumat verilib, nə də çekdə qeyd olunub.

‘Kontakt Home’un özbaşınalıqları ilə bağlı çox video görmüşdüm, amma bunun mənim başıma gələcəyini düşünmürdüm”.

Bloger qeyd edib ki, məsələ ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edib və hazırda cavab gözləyir.

Mövzu ilə bağlı bakupost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, uzun illərdir bu şirkətlə bağlı şikayətlər davam edir:

“Artıq 10 ilə yaxındır ki, “Kontakt Home”dan çoxsaylı şikayətlər daxil olur. Onların iş prinsipi belədir: “Pulunu verdin, sonra məsuliyyət yoxdur”. Aqressiv və bəzən aldadıcı reklam kampaniyaları aparırlar – məsələn, “Başqa yerdə ucuz tapsan, 50 faiz endirim edəcəyik” kimi şüarlar.

Təəssüf ki, bizə daxil olan şikayətlərin təxminən 80 faizini danışıqlar yolu ilə həll edə bilirik, amma “Kontakt Home”la bağlı problemləri demək olar ki, həll etmək mümkün olmur. Rəhbərliyə müraciətlərimiz cavabsız qalır”.

E.Hüseynovun sözlərinə görə, bəzi hallarda istehlakçılar “gigiyenik məhsul” adı altında aldadılır:

“Nazirlər Kabinetinin 114 saylı qərarında dəyişdirilməyən malların siyahısı var. Fen bu siyahıya daxil deyil. Yəni belə məhsulların qaytarılması və ya dəyişdirilməsi mümkündür. Burada açıq manipulyasiya var”.

Ekspert həmçinin Antiinhisar qurumunun fəaliyyətini də tənqid edib:

“Şikayətlər adətən quruma yönləndirilir, amma nəticədə vətəndaşlara “məhkəməyə müraciət edin” deyilir. Bu isə ən qeyri-effektiv və bürokratik yanaşmadır. Problem sistemli şəkildə həll olunmalıdır”.

E.Hüseynov əlavə edib ki, “Music Gallery” mağazası “Kontakt Home” tərəfindən alındıqdan sonra həmin brendlə bağlı da şikayətlər artmağa başlayıb. Onun sözlərinə görə, şirkətdə standartlara uyğun olmayan məhsulların satılması və geri qaytarılmanın mümkünsüzlüyü ciddi problem olaraq qalır.



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap