Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

TƏBİB-də qalmqallı təyinat: Sahə təhsili olmayan şəxs nəqliyyatı idarə edir

Tarix 01.04.26, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovin kadr siyasəti artıq cəmiyyətdə ciddi narazılıq doğurub. Səhv təyinatlar, peşəkarlıq prinsiplərinin tamamilə gözardı edilməsi, səhiyyə idarəçiliyinə vətəndaş etimadını sarsıdır. Xüsusilə diqqət çəkən məsələ Bəhmən Kərimovin - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin inzibati məsələlər üzrə direktor müavini və nəqliyyat sektorunun kuratoru - təyinatıdır. 

Mediatvaz.com-a daxil olan məlumata görə, bu şəxsin nə texniki, nə də nəqliyyat sahəsi üzrə ixtisas təhsili yoxdur. Yəni avtomobilin "detallarını tanımayan", nəqliyyat sisteminin quruluşunu bilməyən bir insan necə göstəriş verə bilər?
 

Daha da ciddi iddialar var, Bəhmən Kərimovun baza təhsili yalnız özəl universitetlərdən birinə aiddir və nəqliyyat sahəsi ilə heç bir əlaqəsi yoxdur.O əvvəllər bank sektorunda çalışıb.Bank sistemi təcrübəsi isə nəqliyyatın texniki idarəetməsi ilə heç bir əlaqə daşımır. Bu təyinat açıq şəkildə göstərir ki, TƏBİB-də kadr seçimi yalnız şəxsi əlaqələr və təsadüfi prinsiplər əsasında aparılır, peşəkarlıq yox səviyyəsindədir. Nəqliyyat sahəsində texniki biliklərin olmaması təkcə inzibati boşluq deyil – bu, vətəndaşların həyatını riskə atan bir təhlükədir.Təcili yardımda avtomobillərin düzgün koordinasiyası, texniki vəziyyətin təminatı və sürətli qərar qəbulu həyati əhəmiyyət kəsb edir. Lakin Kərimovun təhsili və təcrübəsi bu sahəyə uyğun deyil. Nəticədə briqadalar vaxtında çıxış edə bilmir,əhali həyatını itirmək təhlükəsi ilə üz-üzə qalır,təcili yardım sisteminin etibarlılığı ciddi şəkildə sarsılır.Sahə təhsili olmayan şəxslərin rəhbərliyi isə xidmətin keyfiyyətini və operativliyini birbaşa təhlükəyə atır. Dövlət qurumlarında belə ciddi yanlışlıqlar yolverilməzdir.

Səhiyyə kimi həssas sahədə kadr seçimində şəffaflıq, peşəkarlıq və məsuliyyət prinsiplərinin qorunması cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. Əks halda, yanlış kadr siyasəti xidmətin keyfiyyətinə, dolayısı ilə vətəndaşların həyatına birbaşa təsir göstərir.

Qarşı tərəfin cavab haqqını tanıyırıq



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap