Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

390 min manatlıq torpaq dələduzluğu: Keçmiş başçının imzası saxtalaşdırılıb

Tarix 03.04.26, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin sahə nəzarətçisi Faiq Hidayətov dələduzluq əməlinə görə cəzalandırılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci maddəsi (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) ilə mühakimə edilən Faiq Hidayətova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Daha sonra məhkəmə Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsinə əsasən, Faiq Hidayətov barəsində şərti məhkumetmə tətbiq edilib və ona təyin olunan cəza 2 il sınaq müddəti ilə şərti hesab olunub.

Faiq Hidayətov məhkəmə prosesində özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. 

Cinayət işinin materiallarından məlum olur ki, dələduzluq əməlində əsas fiqurant Faiq Hidayətovun zərərçəkmiş Afşin Firuzmənd ilə tanış etdiyi Səfəralan adlı şəxs olub. Məhkəmənin hökmü ilə həmin şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarına əsasən Afşin Firuzmənd Binəqədi rayonu "Baksol” adlanan ərazidə 6,9 hektar torpaq sahəsini özəlləşdirmək istəyib. Faiq Hidayətov onu Səfəralan adlı şəxslə tanış edib. Həmin şəxs vaxtilə Əmlak Məsələləri üzrə Dövlət Xidmətində işlədiyini deyib və Afşin Firuzməndə məxsus torpaq sahəsinin özəlləşdiriləcəyinə yardım edəcəyini bildirib. 

Bunun müqabilində Afşin Firuzmənddən 390 000 manat alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. 

İş materiallarından o da məlum olur ki, Afşin Firuzməndə torpağın özəlləşdirilməsi ilə saxta sənədlər təqdim olunub. Bu sənədlərdə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin keçmiş rəisi Akif Abdullayevin və Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun imzası və möhürü saxtalaşdırılıb. 



Xəbərin oxunma sayı : 316




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap