Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi

Tarix 30.04.26, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


Vergi borcunu sildirmək istəyən iş adamı dələduzluqla üzləşib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş adamı Z.Nuraliyevin fiziki şəxs kimi dövlətə 32 000 manat vergi borcu yaranıb. O, borcu sildirmək üçün yollar arayıb. 

Həmin vaxt Z.Nuraliyevin təsis etdiyi şirkətdə mühasib işləyən Y.Mehrabov Dövlət Vegri Xidmətində əlaqələrinin olduğunu deyərək iş adamına bu məsələdə yardımçı ola biləcəyini deyib. Bunun müqabilində Z.Nuraliyevdən hissə-hissə olmaqla 15 000 manat pul alıb. Lakin verdiyi vədi yerinə yetirməyib. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra Y.Mehrabov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. 

Cinayət işinə  Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə baxılıb. Y.Mehrabov məhkəmə zamanı özünü verilmiş ittiham üzrə qismən təqsirli bilib. 

Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Y.Mehrabovun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.



Xəbərin oxunma sayı : 628




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap