“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı

Tarix 23.06.26, 19:32

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda müxtəlif vaxtlarda avtomobillərdən pul və mobil telefon oğurlamaqda, həmçinin market kassasından pul götürməkdə təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

AzFakt.com xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs 2025-ci ildə paytaxtın müxtəlif ərazilərində bir neçə oğurluq hadisəsi törədib. O, ilk epizodda Xırdalan ərazisində market qarşısında dayanmış avtomobilin salonundan mobil telefon, sim kart, simsiz qulaqcıq, 800 ABŞ dolları, 50 BƏƏ dirhəmi və digər əşyaları oğurlayıb. Nəticədə zərərçəkmiş şəxsə 2 188 manat 14 qəpik məbləğində maddi ziyan dəyib.

Digər epizodda isə o, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən marketin qarşısında dayanmış avtomobildən "iPhone 14 Pro” markalı mobil telefon, danışıq nömrəsi və nağd pul oğurlayıb. Bu hadisə nəticəsində zərərçəkmişə 977 manat ziyan dəyib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs daha sonra Badamdar qəsəbəsində yerləşən marketlərdən birində kassaya qanunsuz daxil olaraq oradan 1 160 manat nağd pul götürüb.

Məhkəmədə ifadə verən market sahibi bildirib ki, kassanın açılma səsini eşitdikdən sonra mağazanın girişindən çıxan naməlum şəxsin arxasınca qaçsa da, onu saxlaya bilməyib. Daha sonra təhlükəsizlik kameralarının görüntülərinə baxarkən kassadan pul götürən şəxsin mağazaya mütəmadi gələn və yaxınlıqda kirayədə yaşayan Bayram adlı şəxs olduğunu müəyyən edib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək bəzi epizodlarla bağlı məlumatının olmadığını desə də, məhkəmə toplanmış sübutları kifayət hesab edib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Daha əvvəl barəsində çıxarılmış hökm üzrə təyin olunmuş cəza ilə qismən toplama aparılaraq ona qəti olaraq 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 502




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap