“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“ABŞ ordusu İrana qarşı quru əməliyyatına hazırlaşırdı“ - Rezai

Tarix 04.08.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ ordusu İrana qarşı quru əməliyyatı həyata keçirmək üçün Hörmüzqan vilayətinə aparan körpüləri dağıdıb.

Bu barədə İranın Ali rəhbərinin hərbi müşaviri Möhsün Rezai yerli mediaya müsahibəsində deyib.

"Amerika ordusu komandanlarının düşünülməmiş planı quru və hava hücumunun dayandırılmasına səbəb olub", - o bildirib.

Rezainin sözlərinə görə, İranın zərbələrindən sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki rəhbərliyi əvvəlcə Qətərdən İordaniyaya köçürülüb, sonra isə İsrailə yerləşdirilib.

"Zərbələrimiz nəticəsində ABŞ-nin Küveytdəki mövqeləri dağıdılıb, bir çox Amerika hərbçisi isə Ərbildən (İraq) təxliyə olunub", - o vurğulayıb.

İranın Ali rəhbərinin hərbi müşaviri Ukraynanın Xəzər dənizindəki gəmiyə hücumuna cavabın da hazırlandığını açıqlayıb: "Biz Ukraynanın üç regionuna zərbə endirməyə hazır idik, lakin onlar hücumun səhvən həyata keçirildiyini bildirdikdən sonra bu iddiaları yoxlamaq üçün cavabımızı dayandırdıq. İstənilən halda, onlar öz zərbələrinə görə məsuliyyət daşımalıdırlar".



Xəbərin oxunma sayı : 313




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap