“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Gəncədə kişi oğlunun öldürüldüyü istixanaya gəldi - Mühafizəçini bıçaqladı

Tarix 04.08.26, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Gəncə şəhərində ata oğlunun qətlə yetirildiyi şirkətin mühafizəçisini bıçaqlayıb.

AzFakt.com oxu.az-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhərindəki tərxun istixanasında baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü Etibar Məmmədovun oğlu şəhər ərazisindəki tərxun istixanasında mübahisə nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisə şəxsi münasibətlər zəminində baş versə də, E.Məmmədov həmin istixananın sahibindən qisas almaq istəyib. 

O, oğlunun yas mərasimindən sonra istixanaya hücum edərək, orada çalışanların iş rejiminə mane olmağa çalışıb. Şirkət rəhbərliyinin müraciətindən sonra E.Məmmədov polisə dəvət olunub və ona xəbərdarlıq edilib. Amma E.Məmmədov bu xəbərdarlığa məhəl qoymayıb, oğlunun qətlə yetirildiyi istixananın işləməsinə mane olmağa cəhd edib. O, istixananın qarşısına gələrək oradakı fəhlələrə həmin yerdə işləməmələrini tapşırıb. Amma fəhlələr E.Məmmədova məhəl qoymayaraq işlərinə davam ediblər.

Bir neçə gündən sonra E.Məmmədov yenidən istixananın qarşısına gedərək fəhlələri həmin obyekti baykot etməyə çağırıb. Bu vaxt o, istixananın mühafizəçisi işləyən 1984-cü il təvəllüdlü Ziya Cəfərovla mübahisə edib. Mübahisə davaya çevrilib və E.Məmmədov üzərində gəzdirdiyi ov bıçağı ilə Z.Cəfərova iki zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 5 il azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 358




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap