“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İsrail Qəzzada kütləvi qətlləri davam etdirir - Albanese

Tarix 21.08.26, 20:27

Font ölçüsü : - / +
bitmap-img6


BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi İsrail ordusunun və məskunlaşanların İordan çayının qərb sahilində fəaliyyətlərini, Qəzzada isə dağıntıların və insan tələfatının davam etdiyini bildirib

Albanese İsraili Qəzzada kütləvi qətlləri və İordan çayının qərb sahilində mühasirəni davam etdirməkdə ittiham edib

AzFakt.com xəbər verir ki, BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese İsrailin işğal altındakı İordan çayının qərb sahilində və Qəzza zolağında davam edən hərəkətlərini növbəti dəfə pisləyib.

“Ən əxlaqsız ordu yenidən zərbə endirir. Yenə və yenə. İordan çayının qərb sahilində əsgərlər və məskunlaşanlar su kəmərlərinin borularını kəsir, Qusranın mühasirəsi isə davam edir”, deyə Albanese X sosial şəbəkəsində yazıb.

Albanesenin sözlərinə görə, Qəzza zolağında dağıntılar davam edir və bununla yanaşı “kütləvi qətllər” də baş verir.

Xüsusi məruzəçi bildirib ki, atəşkəs rejiminin tətbiq olunmasından sonra İsrail qüvvələri tərəfindən 1200-dən çox insan öldürülüb. Onun sözlərinə görə, ölənlər arasında təxminən 300 uşaq da var.

Albanese İsrailin Qəzzadakı hərbi əməliyyatları və İordan çayının qərb sahilindəki siyasətini beynəlxalq hüquq baxımından dəfələrlə tənqid edib. O, bölgədə mülki əhalinin müdafiəsi və humanitar yardımın təmin olunması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışlar edib.

İsrail isə Albanesenin mövqeyini dəfələrlə qərəzli hesab etdiyini bildirib və onun açıqlamalarını rədd edib.



Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap