“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“The Economist“ Putinin ən böyük qorxusunu açıqladı: Onlar məni asacaqlar

Tarix 31.08.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Putin Ukraynadakı müharibəni daha da genişləndirməyə və əlavə yüz minlərlə hərbçi toplamağa hazırlaşa bilər. Kremlə yaxın mənbələr bunu Rusiya prezidentinin müharibəni istədiyi nəticə olmadan başa vuracağı təqdirdə hakimiyyətinin, hətta şəxsi təhlükəsizliyinin riskə düşə biləcəyi qorxusu ilə əlaqələndirirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Economist” Kremlə yaxın mənbələrə əsasən yazır.

Nəşrin məlumatına görə, Putin bütün Donbası ələ keçirmədən müharibəni başa vurmağın onun hakimiyyəti üçün təhlükə yarada biləcəyini düşünür.

“The Economist”in həmsöhbətlərindən biri Putinin yaxın çevrəsində hətta belə dediyini iddia edib:“Onlar məni asacaqlar”.

Nəşr bu ifadənin hansı şəraitdə və konkret olaraq kimlər nəzərdə tutularaq səsləndirildiyini açıqlamır.

Mənbələrin bildirdiyinə görə, Putin yay aylarında bir neçə həftə davam edən tərəddüddən sonra eskalasiya yolunu seçib. Ssenarilərdən biri orduya əlavə 300–400 min nəfərin cəlb edilməsidir.

Yeni hərbçilərin açıq şəkildə ümummilli səfərbərlik elan etməkdənsə, regional hakimiyyət orqanlarına təzyiq vasitəsilə toplanması nəzərdə tutula bilər. Bununla Kremlin 2022-ci ildəki səfərbərlikdən sonra yaranmış narazılığın təkrarlanması riskini azaltmağa çalışdığı bildirilir.

Kremlə uzun müddətdir əlaqəsi olan başqa mənbənin sözlərinə görə, Putin CIA direktoru Con Retkliffin Moskvaya son səfərini ABŞ-ın zəifliyinin əlaməti kimi qəbul edib.

“The Economist” Rusiyanın daxilində də gərginliyin artdığına diqqət çəkir. “Levada Mərkəzi”nin məlumatına görə, rusiyalıların 57 faizi ölkədəki vəziyyəti “gərgin” hesab edir. Müharibə, itkilər, yeni səfərbərlik ehtimalı və gələcəklə bağlı qeyri-müəyyənlik əsas narahatlıqlar sırasında göstərilir.

Rusiya elitasında əhvalın daha ağır olduğu bildirilir. Nəşrin mənbələrindən biri müharibənin artıq beş ilə yaxın davam etməsinin yekun nəticədən asılı olmayaraq Kreml üçün uğursuzluq olduğunu söyləyib.

Digər mənbə isə vəziyyəti cəmi iki sözlə ifadə edib:“Çar çılpaqdır”.



Xəbərin oxunma sayı : 502




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap