“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Süni intellektin sürətli inkişafı ciddi risklər yaradır” - Bill Qeyts

Tarix 31.08.26, 21:28

Font ölçüsü : - / +
bitmap-img6


“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin inkişafına sərt məhdudiyyətlər qoyulmasının tərəfdarı olduğunu açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, amerikalı milyarder iş adamı bu barədə CNN-ə müsahibəsində danışıb.

Qeytsin sözlərinə görə, süni intellektin inkişafına nəzarət edilməzsə, texnologiyanın insanlara vurduğu zərər onun gətirdiyi faydalardan daha çox ola bilər.
“Süni intellekt ya indiyə qədər yaradılmış ən güclü bərabərləşdirici, ya da ən böyük ədalətsizlik mənbəyi olacaq”, - deyə Qeyts qeyd edib.
O bildirib ki, süni intellekt kənd təsərrüfatı və tibb də daxil olmaqla bir çox sahədə ciddi faydalar verə bilər. Onun sözlərinə görə, texnologiya xəstəliklərin qarşısının alınması və müalicəsi üçün yeni imkanlar yarada bilər.
Bununla yanaşı, Qeyts süni intellektin sürətli inkişafının ciddi risklər yaratdığını vurğulayıb. O, mümkün təhlükələr sırasında işsizliyin artmasını, uşaqların təhsil və sosial inkişafına mənfi təsirləri, həmçinin qanunsuz fəaliyyətlərin həyata keçirilməsinin asanlaşmasını göstərib.
“Modellər nə qədər güclü olarsa, maraqlarımıza zidd hərəkət etməyə başlamaları və nəzarəti itirmə ehtimalı bir o qədər yüksəkdir”, - deyə milyarder bildirib.
Qeyts hesab edir ki, süni intellektdən irəli gələn risklər mümkün qədər tez nəzarət altına alınmalıdır. O, qlobal miqyasda süni intellektin inkişafını ləngitmək üçün etibarlı plan hazırlanacağı təqdirdə, bunu dəstəkləyə biləcəyini də istisna etməyib.
CNN-ə müsahibəsində isə o bildirib ki, müasir süni intellekt modelləri gözlədiyindən daha sürətli və əhəmiyyətli dərəcədə güclü hala gəlib. Geytsin fikrincə, hazırkı modellər artıq kiberhücumlar, bioterrorizm və psixososial zərər kimi risklər yarada bilər.
Bill Qeyts həmçinin süni intellekt və robotların istifadəsinə insan əməyinə tətbiq olunan vergiyə bənzər vergi qoyulmasını təklif edib. Qeyts bəzi işlərin isə yalnız insanlar tərəfindən görülməsinin təmin edilməli olduğunu düşünür.



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap