“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ağdamda tikinti şirkətindən şikayət: “4 ay işlədim, 3 000 manatımı ala bilmirəm“

Tarix 31.08.26, 19:12

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam rayonunun Eyvazxanbəyli kəndində yenidənqurma, tikinti və bərpa layihələrində fəaliyyət göstərən “Modern Construction” MMC-dən şikayət var.

Qaynarinfo-ya müraciət edən Ağdam rayonunun Qaradağlı kənd sakini Elgün Şirinzadə iddia edir ki, şirkətdə dörd ay işləsə də, əməkhaqqının bir hissəsini ala bilməyib. Şikayətçinin sözlərinə görə, şirkətin ona 3 000 manat borcu qalıb. O, məsələ ilə bağlı prokurorluğa müraciət etdiyini bildirib:

"Dörd ay bu şirkətdə işləmişəm. Şirkətin mənə 3 000 manat borcu qalıb. Prokurorluğa şikayət etdim. Şirkətin Orxan adlı nümayəndəsi xahiş etdi ki, şikayəti geri götürüm. Pulumu verəcəyini dedi. Səs yazıları da var. Mən də şikayətimi geri götürdüm. Amma 150 manat verdi, yerdə qalanını isə verməkdən imtina etdi”.

Elgün Şirinzadə bildirir ki, artıq bir müddətdir pulunu ala bilmir və məsələnin həlli üçün ölkə rəhbərliyinə müraciət edib.

“Mən halal haqqımı istəyirəm. Özüm də qazi oğluyam. Amma şirkət bunu belə nəzərə almır. Məcbur qalıb ölkə rəhbərliyinə müraciət ünvanlamışam. Dörd gündür ki, Bakıdayam”, deyə şikayətçi vurğulayıb.

Elgün Şirinzadənin iddiaları ilə bağlı “Modern Construction” MMC-dən mövqe öyrənmək mümkün olmayıb.

Araşdırmalarımız zamanı məlum olub ki, “Modern Construction” MMC 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 14/70, mənzil 48-dir.

Elgün Şirinzadə məsələ ilə bağlı sosial şəbəkələrdə də videomüraciət yayıb.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap