“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!

Tarix 31.08.26, 18:01

Font ölçüsü : - / +
bitmap-img6


Bakının bir sıra küçə və yollarında təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)  verilən məlumata görə, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda aşağıdakı ərazilərdə təmir işləri həyata keçirilir:

- Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi;

- Xəzər rayonu, Türkan-Hövsan şosesi;

- Suraxanı rayonu, Elzar Yusubov küçəsi;

- Binəqədi rayonu, Elçin Əzizov küçəsi.

Bildirilib ki, sentyabrın 1-i saat 09:00-dan etibarən Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində də təmir işlərinə başlanılacaq.

“Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.



Xəbərin oxunma sayı : 493




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap