“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR

Tarix 31.08.26, 19:55

Font ölçüsü : - / +
bitmap-img6


“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan bir sıra qeyri-yaşayış sahələri hərraca çıxarılacaq.

AzFakt.com Valyuta.az-a istinadən xəbər verir ki, hərrac 16 sentyabr 2026-cı il saat 10:30-da keçiriləcək.

Hərraca çıxarılan əmlakların böyük hissəsi Bakının Xətai rayonunda, Xudu Məmmədov küçəsində yerləşir. Siyahıda Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahələri də var.

Xətai rayonundakı obyektlərin sahəsi 36,5 kvadratmetrdən 1 560 kvadratmetrədək dəyişir.

Əmlaklar arasında ən yüksək başlanğıc qiymətlərindən biri 360 kvadratmetrlik qeyri-yaşayış sahəsi üçün müəyyən edilib – 777,6 min manat.

Həmçinin 351 kvadratmetrlik obyekt 694,98 min manata, 190 kvadratmetrlik sahə 410,4 min manata, 192,3 kvadratmetrlik əmlak isə 380,75 min manat başlanğıc qiyməti ilə hərraca təqdim olunur.

Siyahıda daha aşağı qiymətli obyektlər də yer alıb.

Belə ki, 36,5 kvadratmetrlik qeyri-yaşayış sahəsinin başlanğıc qiyməti 72,27 min manat, 37 kvadratmetrlik sahənin qiyməti 73,26 min manat, 39,4 kvadratmetrlik obyektin qiyməti isə 78,01 min manat müəyyən edilib.

Yasamal rayonunda yerləşən obyektlərin başlanğıc qiymətləri isə 228 min manatdan 356 min manata qədər dəyişir.



Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap