“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Məktəbli çantasında hansı əşyalar olmalıdır? - Artıq əşyaların siyahısı

Tarix 04.09.26, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


15 sentyabrın yaxınlaşması ilə valideynlər üçün məktəb hazırlıqları da başlayıb. Yeni dərs ili öncəsi məktəb forması, ayaqqabı, dəftərxana ləvazimatları və çanta seçimi əsas məsələlər sırasındadır. Xüsusilə məktəb çantası uşağın hər gün istifadə etdiyi ən vacib əşyalardan biridir. Çantaya lazım olan bütün ləvazimatları yerləşdirmək istəyi isə bəzən onun həddindən artıq dolmasına səbəb olur. Bəs şagirdin gündəlik çantasında hansı əşyalar mütləq olmalıdır, hansıları isə artıq yük hesab etmək olar?

AzFakt.com xəbər verir ki, məktəb çantası şagirdin hər gün istifadə etdiyi əsas əşyalardan biri olduğundan onun çəkisinə və içərisinə qoyulan ləvazimatlara xüsusi diqqət yetirmək lazımdır. Çantanın həddindən artıq ağır olması uşağın gündəlik məktəb yükünü artırır. Bu səbəbdən çanta seçərkən yüngül modellərə üstünlük verilməsi, yalnız həmin gün üçün lazım olan əşyaların çantaya yerləşdirilməsi tövsiyə olunur.

İbtidai sinif şagirdinin çantasında, əsasən, dərslik, iş dəftəri, dəftər və qələm qabı kimi zəruri ləvazimatların olması kifayətdir. Qələm qabının da mümkün qədər yüngül seçilməsi məsləhətdir. Xüsusilə dəmir və ağır qələm qabları əlavə yük yarada bilər.

Rəngli qələmlər, albom, plastilin və digər yaradıcılıq ləvazimatlarının hər gün çantada daşınmasına ehtiyac yoxdur. Bu əşyalar yalnız dərs cədvəlinə uyğun olaraq lazım olan günlərdə çantaya əlavə edilə bilər.

Məktəb çantasında kitab və digər ləvazimatların düzgün yerləşdirilməsi də önəmlidir. Ağır əşyaların mümkün qədər çantanın arxa hissəsinə, bel nahiyəsinə yaxın yerləşdirilməsi çantanın daşınmasını asanlaşdıra bilər.

Bundan əlavə, bəzi şagirdlərin istifadə etdiyi kitab tutacaqları da əlavə ağırlıq yaradan vasitələr sırasında ola bilər. Buna görə məktəb üçün alınan bütün əşyaların çəkisi əvvəlcədən nəzərə alınmalı, uşağın gündəlik daşıdığı yük mümkün qədər azaldılmalıdır.



Xəbərin oxunma sayı : 634




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap