“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakının göydələnləri, yoxsa başımızın üstündən asılan “Gilyotin“? - FOTOLAR

Tarix 06.09.26, 16:48

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxt Bakı sürətlə böyüyür, addımbaşı yeni çoxmərtəbəli binalar ucalır. Lakin bu müasirləşmə mənzərəsinin arxasında illərdir həllini tapmayan, insan həyatını hər an təhlükə altına atan böyük bir laqeydlik dayanır: tikintilərdə təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması.

Son ünvanlardan biri Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 35-47 ünvanının üzbəüzündə ucaldılan 19-20 mərtəbəli yaşayış binasıdır. Binanın ən üst mərtəbəsində tikinti üçün quraşdırılan ağır taxta konstruksiyalar heç bir təhlükəsizlik toru və ya qoruyucu çərçivə olmadan, sözün əsl mənasında asılı vəziyyətdə qalıb. Günbəgün küləyin və yükün təsiri ilə hərəkət edən bu taxta parçaları hər an aşağıda hərəkət edən piyadaların, sıx nəqliyyat axınının üzərinə düşə bilər.

Məsələ ilə bağlı əməkdaşımız tikintini aparan məsul şəxslərlə əlaqə saxlayaraq təhlükəni xatırlatsa da, qarşı tərəf problemi həll etmək əvəzinə reallıqdan uzaq və demaqoq arqumentlərlə məsuliyyətdən yayınmağa çalışıb.

Təəssüf ki, bu, Bakı üçün istisna hal deyil. Şəhərin müxtəlif yerlərində tikilən binalardan yoldan keçən vətəndaşların başına, park edilmiş maşınların üstünə taxta, dəmir, daş və ya armatur parçalarının düşməsi xəbərlərinə tez-tez rast gəlirik. Bir çox hallarda bu "laqeydlik tullantıları" avtomobilləri yararsız hala salır, daha da dəhşətlisi - dinc insanların ağır xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir.

Hadisə baş verəndən sonra isə tikinti şirkətləri standart bəhanələrə əl atırlar: "Külək güclü idi", "Gözlənilməz texniki xəta oldu". Lakin sual olunur: İnsan həyatı hesabına ucaldılan bu mərtəbələr hansı standartlara cavab verir?

Normativlərə əsasən, çoxmərtəbəli binaların tikintisi zamanı: Ərazinin ətrafı mütləq mühafizə çəpərləri ilə əhatələnməli, yuxarı mərtəbələrdən əşyaların düşməsinin qarşısını alan xüsusi təhlükəsizlik torları çəkilməli, piyadalar üçün qoruyucu örtüklü keçidlər (tunellər) təşkil olunmalıdır.

Əhmədbəy Ağaoğlu küçəsindəki mənzərə isə göstərir ki, bəzi tikinti şirkətləri üçün insan amili və vətəndaşın təhlükəsizliyi qazanılacaq mənfəətdən çox geridə gəlir. Aidiyyəti qurumların operativ müdaxiləsi və ciddi sanksiyaları olmasa, növbəti faciənin baş verməsi an məsələsidir.

Bir daha xatırladırıq, tikinti sahəsindəki laqeydlik bədbəxt hadisə deyil, cinayətdir!





Xəbərin oxunma sayı : 328




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap