“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Yeni tikilən binalara yeni tələb - VİDEO

Tarix 08.09.26, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Gələn il yanvarın 1-dən binaların enerji effektivliyi ilə bağlı pasportlaşdırılmasına başlanılacaq.

AzFakt.com "Xəzər TV”yə istinadən xəbər verir ki, yeni qaydalar qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının pasportlaşdırılması məcburi olacaq.

Mövcud binalara isə yalnız yenidənqurma və ya əsaslı təmir aparıldığı halda bu tələb şamil ediləcək. Qanunvericilikdə müəyyənləşdirilən digər binalar üçün pasport könüllü qaydada əldə edilə biləcək. Məsələ Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda təşkil olunan dəyirmi masada müzakirə edilib.

Bildirilib ki, pasportlaşdırma prosesinin tam elektronlaşdırılması nəzərdə tutulur.

Enerji effektivliyi pasportu binanın adi texniki pasportu deyil. Sənəddə binanın enerji sərfi və karbon qazı emissiyası üzrə sinfi, eləcə də isitmə, soyutma, havalandırma, işıqlandırma və isti su təchizatına sərf ediləcək enerji göstəriləcək.

Yeni sistem tikintiyə icazə prosesinə də inteqrasiya ediləcək. Binanın enerji effektivliyi pasportunun tikintiyə icazə verilərkən tələb olunan sənədlərin siyahısına daxil edilməsi nəzərdə tutulur. Bununla binanın enerji sərfiyyatı və mümkün itkiləri tikinti başa çatdıqdan sonra deyil, layihənin hazırlanması zamanı nəzərə alınacaq.






Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap