“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Zəngilanda aparılan quruculuq işləri

Tarix 19.10.26, 18:37

Font ölçüsü : - / +
bitmap-img6


1993-cü ilin 30 oktyabrında Zəngilan şəhəri ermənilər tərəfindən  işğal edildi. 30 ilə yaxın işğal dövründə digər rayonlarımızda olduğu kimi Zəngilan şəhəri də düşmən tərəfindən darmadağın edilmiş, burada yerləşən tarixi və dini abidələrimiz xüsusi qəddarlıqla məhv edilmişdir.

Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.

Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri-Məmmədbəyli türbəsi, XIV əsrə aid Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, Səfəvilər dövründə tikildiyi ehtimal olunan və XVII-XVIII əsrə aid məscid, Bartaz qız qalası, Daş heykəllər muzeyi, Koroğlu daşı və sadalamaqla qurtarmayan tarixi  əsərlərlə zəngin olmuşdur. Onlardan ən böyüyü «Şəhri Şərifan» adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır. Erməni barbarlığı nəticəsində bu möhtəşəm abidələr dağıdılmış və şəhər xarabalığa çevrilmişdir.

Zəngilan 2020-ci ilin 20 oktyabrında işğaldan azad olunduqdan sonra  dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Dövlət başçımızın tapşırığı ilə burada yenidənqurma və bərpa işləri aparılır.

Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək. Belə ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Artıq 2022-ci ilin may ayında burada inşa edilən 200 fərdi evə ilk sakinlər köçürülüb və  bu il daha 150 ev tikilib. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur və həmin il ilk dəfə Zəngilan şəhər günü qeyd edilib.

Həmçinin ərazidə böyük logistika layihələri də icra olunmaqdadır. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər strateji əhəmiyyətli layihələrdən biridə uğunluğu 124 kilometr olacaq 6 zolaqdan ibarət  Zəngilan-Horadiz avtomobil yoludur.

Sözsüz ki, burada icra olunan ən böyük layihə Zəngilan hava limanıdır. Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib. Zəngilan Hava Limanı  eyni zamanda Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur və  Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcəkdir.

Sevil Məmmədova



Xəbərin oxunma sayı : 478




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap