| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Podrat yoxsa xidmət? - Ali Məhkəmə fərqi dəqiqləşdirdi
Tarix 27.08.26, 11:04 |
|
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, müqavilə tərəflərinin hüquqları və öhdəlikləri ətraflı izah olunub. Bu hüquqi mövqelər həm sahibkarlar, həm dövlət qurumları, həm də vətəndaşlar üçün müqavilə münasibətlərinin daha təhlükəsiz və hüquqi baxımdan müəyyən şəkildə qurulmasına xidmət edir.
Podrat müqaviləsi nədir?
Podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqq (muzd) ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsinin sifarişçiyə təhvil verilməsi təşkil edir.
Podrat müqaviləsi ilə xidmət müqaviləsinin fərqi
Plenum qərarında göstərilir ki, podrat və xidmət müqavilələri fərqli hüquqi nəticələr doğuran müstəqil müqavilə növləridir. Təcrübədə bu münasibətlərin qarışdırılması tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin və tətbiq edilməli hüquq normalarının yanlış müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə müqavilənin hüquqi təbiəti yalnız onun adına görə deyil, faktiki məzmunu, tərəflərin öhdəliklərinin xarakteri və əldə edilməli nəticənin mahiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir.
Podrat müqaviləsində əsas məqsəd gözlə görünən və ya maddiləşə bilən (o cümlədən elektron formada təqdim olunan) konkret nəticənin əldə edilməsidir. Məsələn, daşınmaz əmlak tikilir və ya təmir olunur, yol çəkilir, avadanlıq quraşdırılır, kompüter proqramı hazırlanır və s. İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlıdır.
Xidmətlərin göstərilməsi isə maddiləşə bilən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Onun məqsədini həmin fəaliyyətin özü təşkil edir. Məsələn, mühafizə və ya təmizlik xidməti, hüquqi və ya mühasibatlıq xidməti, tədris xidməti və s. Xidmət göstərən şəxs konkret nəticənin əldə olunmasına zəmanət vermir. Onun məsuliyyəti podrat münasibətlərindən fərqli olaraq nəticənin keyfiyyəti ilə deyil, fəaliyyətin özünün lazımi qaydada və vicdanla icrası ilə bağlı olur.
Podrat müqaviləsi hansı formada bağlanmalıdır?
Mülki Məcəllədə podrat müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilməsə də, kommersiya fəaliyyətinin qanunvericilik əsasları (Vergi Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Nağdsız hesablaşmalar haqqında” Qanun və s.) kommersiya subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasını zəruri edir.
Kommersiya münasibətlərinin sistemli, mürəkkəb, gəliryönümlü, risk və məsuliyyət daşıyan xarakteri bu münasibətlər üzrə daha yüksək sübutetmə standartını tələb edir. Yazılı müqavilə tərəflərin iradəsinin dəqiq, birmənalı və aydın ifadəsini təmin edir, hüquqi müəyyənliyi qoruyur və hüquqdan sui-istifadə imkanını məhdudlaşdırır. Bu baxımdan kommersiya subyektləri arasında olan münasibətlərdə podrat müqaviləsi yazılı formada bağlanmalıdır.
“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri
Plenum Qərarında xüsusi olaraq vurğulanır ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmir.
Şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə etibarsızdır. Həmin formada bağlanmış müqavilələrdən irəli gələn iddialar üzrə əqdin etibarsızlığının nəticələrinin (yəni, hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması) tətbiq edilməsi, habelə qanundan irəli gələn digər hüquq münasibətlərinin (məsələn, əsassız varlanma) yaranması bir qayda olaraq istisna edilir.
Belə ki, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir. Mülki Məcəllənin əqdin etibarsızlığının nəticələrinin tətbiqi və əsassız varlanmaya dair qaydaların məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, əqdin etibarsızlığının nəticələrinin və ya əsassız varlanmaya dair qaydaların tətbiq edilməsi “Dövlət satınalmaları haqqında” Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.
Bu qəbildən olan işlərə baxılarkən, müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarsa, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad da qəbul edilməlidir.
Bununla yanaşı, Plenum istisna halları da nəzərdə tutur. Bu qəbildən olan işlərə baxılarkən, podratçıların hansı sahədə və neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, onların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olub-olmamaları nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, həmin işlər üzrə çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə əsasən müəyyən edilərək, əsassız varlanma qaydalarına uyğun olaraq dövlət orqanlarından tutulmalıdır.
Tövsiyə
Podrat münasibətlərində hüquqi risklərin qarşısının alınmasının ən etibarlı yolu müqavilənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsidir. Müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə olunması kommersiya risklərini azaltmaqla yanaşı, sonradan uzunmüddətli məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını ala bilər.
Xəbərin oxunma sayı : 187
Sosial
Xəbərlər
-
SOCAR 2025-ci il üzrə maliyyə nəticələri: 12,6 milyard manat mənfəət
-
Nepaldakı daşqının dəhşətli görüntüləri - 100-dən çox insan ölüb + VİDEO
-
İlham Əliyev Maya Sanduya məktub göndərib - MƏTN
-
Əhali ən çox bu ərzaqların alışına pul xərcləyir - Statistika
-
Podrat yoxsa xidmət? - Ali Məhkəmə fərqi dəqiqləşdirdi
-
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
-
Sosial şəbəkələrdə saxta xidmətlər - DİN xəbərdarlıq etdi
-
Robert Koçaryan həbs edildi - Hansı ittihamlar irəli sürülüb?
-
ABŞ qənimət məhkəmələrini bərpa edir - İran neft tankerlərinin ovlanmasına hazırlıq
-
Nigar Fərhad saxlanıldı - Aparıcı istintaq nəzarətindədir
-
Küləkli havada dənizə girməyin! - Müraciət
-
Azərbaycanda hər 5 uşaqdan 1-i rəsmi nikahdan kənar doğulur
-
Nizami rayonunda abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
CİA direktoru Rusiyada nəyi müzakirə edib? - Yeni detallar
-
Mİ6 Rusiya təhlükəsi ilə bağlı məlumat verdi - Britaniyadan şok xəbərdarlıq
-
58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO
-
“Pullar və bank kartlarının hamısı yandı” - Ev sahibi yanğından DANIŞDI
-
Niyə bəzi insanlar pul qoxusunu sevir - Bunun səbəbi nədir?
-
ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq - Tramp
-
Enzo Fernandes üçün 152 milyon ödəməyə hazırdırlar - İngiltərədə rekord
-
Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır
-
Avropada turistlərin yeni seçimi - İstidən şimala qaçırlar
-
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib - Təbrik etdi
-
Zəngilan məktəbi üçün 2 milyonluq mebel və avadanlıq - Qalib şirkətin sahibi kimdir?
-
Avqustun 27-si və 28-də bu yollar bağlanacaq - XƏBƏRDARLIQ
-
“Onun öldüyünü düşünmürəm” - Tramp Xameneidən danışdı
-
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
-
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar
-
Qardaşına ömürlük həbs cəzasının verilməsini istədi - Emil Ağayevin cinayət işi
-
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - İqtisadçı səbəbini açıqladı
-
Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada böyük rəğbət qazanıb - Ziroat Mirziyoyeva
-
Generalın adından istifadə edib 75 min mənimsədi - Həbs edildi
-
Pezeşkian ABŞ-a xəbərdarlıq etdi - “Heç nəyə nail ola bilməyəcəksiniz...”
-
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
-
Mehriban Əliyeva qızları ilə açılışlarda - FOTOLAR
-
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
-
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
-
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
-
Moskva və Şam arasında telefon təması: Putinlə Əhməd əş-Şər arasında kritik danışıq
-
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR karvanı - VİDEO
-
Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
-
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım - FOTO
-
Əmlak sahibinin hüquqları - Qanun nə deyir?
-
“Koçaryanla bağlı zəng etməyin” - Simonyan Moskvaya ismarıc göndərdi
-
610 bal topladı, universitetə qəbul olmadı - FOTO
-
MİDA əməkdaşının sürücüsündən dələduzluq: “Pulu notariusun qarşısında aldım“
-
“Energetik” görüntüsü, adi sərinləşdirici içki: İstehlakçı niyə aldadılır?
-
Bakı və Masallıda pensiya dələduzluğu - Vətəndaşlar necə aldadılıb?
-
“Milyonçu“ şousundan Çempionlar Liqasına... - Dambrauskasın maraqlı həyat hekayəsi
-
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
-
Hörmüz boğazının bağlanması Qətəri çökdürdü: Maye qaz ixracı 96% aşağı düşdü
-
“Ermənistan bizi aldatmasın...” - Volodin də İrəvanı təhdidi etdi
-
Polad Bülbüloğlu kiminlə evlənib? - Tanınmış rəqqasədir + FOTO
-
Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ
-
Ölkəyə palma yağı gətirilməsində rekord - daha hamı yeyir?
-
Prezident İlham Əliyev “Sabah“ı təbrik etdi - FOTO
-
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
-
“Sabah” rekord məbləğdə gəlir əldə edib - Məbləğ bəlli oldu
-
Pakistanda xəstəxanada yanğın oldu – 15 körpə öldü
-
Bakıda tikilidə yanğın oldu: 36 yaşlı kişinin meyiti aşkarlandı (VİDEO)
-
Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu
-
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı - Yeni qiymət
-
Trampdan Kanadaya ağır ittiham - “Bizi illərdir qarət edirlər”
-
Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO
-
Salmonella epidemiyası: 8 ölkədə yumurtalar satışdan yığışdırılır
-
Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı - VİDEO
-
Tarixə çevrilən qardaşlıq nümunəsi
-
Ortaq dəyərlər üzərində yüksələn müttəfiqlik
-
Bu gün Laçın Şəhəri Günüdür
-
Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?
-
"Sabah" Çempionlar Liqasında tarix yazdı - İlk dəfə Liqa mərhələsində
-
Paytaxtın bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ
-
MKİ direktoru Moskvada - “NATO qətiyyətli cavaba hazırdır“
-
Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı
-
22 illlik iş stajı olan fəlsəfə doktoru işlədiyi institutdan niyə çıxarılıb? - VİDEO
-
Putin Mehriban Əliyevaya təbrik məktub göndərdi: “İlham Heydər oğluna və bütün ailə üzvlərinizə...“
-
“Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir“ - Ərdoğan
-
“Binəqədi Park“ MMC tərəfindən aldadıldıqlarını iddia edirlər - VİDEO
-
Avtobusun tavanından su tökülməsi sərnişinlərin pəncərələri açması ilə bağlıdır? - VİDEO
-
Xameneinin qətli ilə bağlı Trampa xəbərdarlıq olunubmuş - “The Wall Street Journal”
-
Bu şəhid övladları tələbə adını qazandılar - SİYAHI
-
“ABŞ və İsrail sosial partlayışa hazırlıq görür“ - Pezeşkian xəbərdarlıq etdi
-
Milli Məclisin 81 yaşlı deputatı üçüncü dəfə evləndi - FOTOLAR
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib - Prokurorluqdan məlumatı
-
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
-
PA Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb - SİYAHI
-
Deputat Məşhur Məmmədovu məşhurlaşdıran qaranlıq işlər - DETALLAR
-
Tovuzun ərazisindəki Gədəbəy kəndi: Sakinlər nəqliyyat xərcindən əziyyət çəkir (VİDEO)
-
“Müxalifət Ermənistana hərbi müdaxilə hazırlayır“ - Paşinyan
-
Beyləqanda hesabat konfransı keçirildi - FOTOLAR
-
Pomidorun bostanla bazar arasındakı qiymət fərqi: “Məhsulu 55 qəpiyə satırıq“
-
Xaricə pul aparan dəstə ilə bağlı daha bir ilginc məlumat - Ölkəyə gizli dərman gətirirlər?
-
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək - Prezident Fərman imzalayıb
-
Azərbaycanda 18 yaşına çatmayan 877 qadın ana olub - Qarşısını almaq üçün…
-
Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - Sərəncam
-
“Azəripək“ “Azərxalça“ya birləşdirilib - FƏRMAN
-
Növbə Sarkisyana çatdı - Niyə çağırıldığını bilmir
-
Bu dondurmalar marketlərdən yığışdırıldı:Saxta imiş
-
Azərbaycanda ən çox hansı marka avtomobillərə tələbat var? – Siyahı
-
Saxta şirkətlər açıb milyonlar mənimsədilər - Məhkəmə başladı
-
Ermənistan rəsmiləri Laçına gəliblər – İşgüzar görüş keçirilib
-
ABŞ onlara 10 milyon dollar verəcək - Siyahıda Əhməd Vahidi də var
-
İsraildə “qafqaz mafiyası”nın başçısı güllələnib - ANBAAN VİDEO
-
Məleykə Abbaszadədən tələbə adı qazananlara müraciət: “Bir şeyi unutmayın…”
-
Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
-
Bakı aeroportunda əməliyyat: Bağdaddan gələn sərnişinlər cinayət başında tutuldu
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar
-
Tədris ili başlayır - Bakıda kirayə mənzillər neçəyədir?
-
Gələn həftədən bankların üzərinə yeni öhdəlik qoyulacaq - TƏFƏRRÜAT
-
Sabah güclü külək əsəcək, leysan yağacaq - PROQNOZ
-
ABŞ 200 minə yaxın vizanı ləğv edir: Qərar kimlərə şamil olunacaq
-
Bu il tələbə adını qazananların sayı daha çoxdur - Məleykə Abbaszadə
-
İşsiz və işaxtaranların nəzərinə – Sentyabrın 10-dək...
-
Ağdamdakı qətllə bağlı İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb
TOP 10
ARXİV






