![]() |
|














Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib - VİDEO
Tarix 26.09.22, 13:24 |
|

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:
“Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox faydalı və xoş olacaq. Əvvəlki görüşümüzü xatırlayıram. Vaxt sürətlə keçir. Azərbaycana sizin səfərinizdən dörd il keçir. Lakin bu müddətdə parlamentlərarası əlaqələr sürətlə inkişaf edib. Dövlət Duması ilə də, Federasiya Şurası ilə də həm rəhbərlik səviyyəsində, həm də deputatlar səviyyəsində daim əlaqə saxlamışıq. Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir və bu münasibətlər çox müsbət dinamikaya malikdir. Əlbəttə, dövlət başçıları səviyyəsində müntəzəm görüşlər də dinamizmin saxlanmasına şərait yaradır. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyinə fikir versək, o, kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. Əməkdaşlığımızın o qədər də fəal olmadığı sahələri göstərmək daha asan olar. Ona görə ki, həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük. Əsas məsələ nəticəyə hədəflənməkdir. Çünki razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir. Ona görə biz burada yalnız müsbət nəticə olduğunu deyə bilərik. Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq.
Bilavasitə sizin sahəyə gəldikdə isə deməliyəm ki, biz həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda əlaqələrin davam etdirilməsi niyyətindəyik. Siz öz həmkarınızla görüşəcəksiniz. Fikrimcə, siz də gündəliyi ətraflı nəzərdən keçirəcəksiniz. Bir sözlə, danışmalı məsələlər çoxdur. Ona görə ki, gündəlik həqiqətən çox zəngin və nəticəvidir. Məncə, bizim diqqəti cəmləşdirdiyimiz bu əsas istiqamətlər ikitərəfli münasibətin müsbət dinamikasını göstərir.
Bir daha xoş gəlmisiniz. Səfəriniz qısa olsa da, məncə, çox səmərəli olacaq”.
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib:
“Sağ olun, hörmətli cənab Prezident. İlk növbədə, təşəkkürümü bildirmək istəyirəm ki, siz fasiləsiz iş qrafikinizdə bizimlə görüşməyə imkan tapmısınız. Sizə bizim Prezident Vladimir Vladimiroviç Putinin ən xoş sözlərini və dostluq salamlarını çatdırmaqdan başlamaq istəyirəm”.
Prezident İlham Əliyev: “Sağ olun”.
Vyaçeslav Volodin:
“Münasibətlərimiz çox cəhətdən Sizin və bizim Prezidentimizin sayəsində inkişaf edir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanıb. Bu, həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir. Buna görə parlamentlərarası əlaqələri inkişaf etdirməyimiz son dərəcə vacibdir. Biz bu barədə danışmışıq. İş elə gətirib ki, pandemiya həqiqətən planlarımızda dəyişiklik edib. Parlamentlərarası qarşılıqlı fəaliyyət barədə danışmalı olsaq, hər halda bu fəaliyyətin əsasını görüşlər, dialoq, kommunikasiya təşkil edir. Əlbəttə, bütün bunlar videokonfrans rabitə rejimində həyata keçirilib. Bu format əsas olub. Lakin bilavasitə söhbət olmasa, münasibətlərin videokonfrans rabitə rejimində olduğu kimi inkişafı barədə danışmaq çətindir. Buna görə pandemiya ilə bağlı vəziyyət yüngülləşməyə başlayan kimi biz bundan istifadə etdik, həmkarlarımızla razılığa gəldik ki, hökmən görüşək və münasibətlərimizin inkişafı məsələlərini müzakirə edək. Ona görə ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentləri tərəfindən imzalanmış Bəyannamədə xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələrimiz inkişaf etdirilməlidir. Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək”.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentinin xoş sözlərinə və salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Xəbərin oxunma sayı : 883
Siyasət
Xəbərlər
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
TOP 10
ARXİV